Qaranquş kəşfiyyat-diversiya dəstəsi

Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar.

Qaranquş
kiril qraf. Гарангуш
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Növü kəşfiyyat-diversiya qrupu
Yaranma tarixi 1991-1994
Ölkə Azərbaycan Azərbaycan SSRAzərbaycan Azərbaycan
Tabedir 706 saylı briqada[1]
Vəzifəsi kəşfiyyat-diversiya, hücum, müdafiə
Sayı 11
Qərargah Qubadlı rayonu
Ləqəbi Qaranquşçular
Təchizatı yüngül silahlar
Müharibələr Qarabağ müharibəsi
Döyüşlər Qubadlının müdafiəsi uğrunda döyüşlər
Laçın dəhlizi uğrunda döyüşlər
Komandanlıq
Məşhur komandirləri "Qızıl Ulduz" medalı Əliyar Əliyev
"Qızıl Ulduz" medalı Aqil Məmmədov

1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı.[1]

Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi.[1]

Dəstə üzvləri

[redaktə | mənbəni redaktə et]

8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər.

Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.[2]

  1. 1 2 3 Şəhriyar Qubadlı. "Qubadlım…..Dağlar diyarım (I hissə)". Teref.info. 25/06/2013. 2014-07-23 tarixində www.teref.info orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24. (az.)
  2. Şəhriyar Qubadlı: Qubadlım - Dağlar diyarım (ıı hissə)
  3. Trend İnformasiya Agentliyi. www.trend.az ""Qaranquş" batalyonunun üzvü kimi ömürlük həbsə məhkum edilmiş dustaq günahsız olduğunu iddia edir" (#bad_url). Trend.az. 22/09/2005. 9 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  4. Siyasi məhbusların yeni siyahısı hazırlanıb (15 aprel 2014)