Duzluca (İğdır)
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi.
== Ümumi məlumat ==
Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır.
Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.