Duzluca elçəsi


Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi.

Duzluca
Tuzluca
40°02′24″ şm. e. 43°39′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.254 km²
Mərkəzin hündürlüyü 870 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.560 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76900
Nəqliyyat kodu 76
Digər
tuzluca.bel.tr
Xəritəni göstər/gizlə
Duzluca xəritədə
Duzluca
Duzluca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır.

Türkiyəyənin İran, AzərbaycanErmənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik[1] bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir.[2] Duz mədənləri burada yerləşir. Bu mədənlərin illərlə işlənməsindən sonra yaranan duz mağaralarında asma xəstələrinə xidmət verən şəfa mərkəzi mövcuddur. İlçəyə bağlı 81 kənd var.

İlçə əhalisi əsasən yerli Azərbaycan türkləri və sonradan burada yerləşdirilmiş gəlmə kürdlərdən ibarətdir. Son bir neçə ildə yerli Azərbaycan türklərinin çoxu buradan Türkiyənin böyük şəhərlərinə miqrasiya edərək,elə buna görə də ilçədə kürdlərin sayı kəskin şəkildə artmaqdadaır.[3]

  1. T.C. Tuzluca Belediyesi web sayfası :İlçemizin Genel Tanıtımı Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine
  2. "Area of regions (including lakes), km²". Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine Regional Statistics Database. Turkish Statistical Institute. 2002. Retrieved: 2015–01-15. Or look here XLS.[ölü keçid]
  3. "Tuzluca ilçəsinin milli tərkibi". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-29.