is. [
fars. ]
1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma.
– Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə.
Telli özünə toxuduğu yun corabı aldı.
Onun üstünə bir on dənə yumurta qoyub Molla Xəlilin yanına getdi. S.Hüseyn.
□ Bir(cə) dənə – tək, yalnız, vahid.
Balamsan, bir dənəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm, sənə qurban; Sən ölmə, bir dənəsən. (Layla).
Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən; Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən. Ə.Vahid.
2. Dənli bitkilərin məhsulunun hər bir dəni. Düyü dənəsi.
– Bir taxıl dənəsi itməsin deyə; Gündüzə qarışır gecələrimiz. B.Vahabzadə.
3. Səpələnən, yaxud ovulan şeylərin ən kiçik hissəcikləri. Qum dənələri.
– Qəhvənin dənələrinə qeyri dənələr qarışdırıb satırlar, onu tanımaqdan ötrü qovurub qaynar suya atanda o dənələr partlayıb dağılır. H.Zərdabi.
4. Çəyirdək, toxum, tum. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. “M.N.lətif.”