Dənəvərbığlı uzunbığ

Dənəvərbığlı uzunbığ (lat. Megopis scabricornis Scop.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid olan növ.

Dənəvərbığlı uzunbığ
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

İmaqo mərhələsinə 2009-cu ildə Novxanı kəndində şam və tut ağacının gövdəsi üzərində rast gəlinmişdir. Sürfələri isə sentyabr ayında Nardaran kəndində, palıd ağacının kökə yaxın gövdəsindən və yerə yıxılmış çürük və quru qovaq ağacından götürülmüşdür. Sürfələr ağacın qabığının altından başlayaraq qidalana-qidalana, gövdənin orta hissəsinə qədər gedib çıxır və oradaca inkişaflarını başa vurub puplaşırlar. Puplaşma ayrı-ayrı oyuqlarda, barama içərisində gedir. Bu baramalar ağac ovuntularından düzəldilir. İyulun ortalarında böcəklər uçmağa başlayırlar. Bir nəslin inkişafı iki ilədək çəkir. Böcəyə dənizkənarı sahələrdə daha çox rast gəlinir. Kütləvi halda bir neçə ağacı sıradan çıxara bilirlər, ağac məhv olmaqdan başqa öz keyfiyyətini itirir və tamam yararsız hala düşür.

Yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi Avropa, Asiya, Ukrayna, Qafqaz, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Dağlıq Qarabağ, Naxçıvan MR və Lənkəran vilayəti.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013