EZAMİYYƏTÇİ
Ə
OBASTAN VİKİ
Ezop
Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620, Mesembriya[d] – təq. e.ə. 564, Delphi) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib.
Ezop dili
Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil. Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI-V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.
Ezopus müharibələri
Ezopus müharibələri — XVII əsrin ikinci yarısında Nyu-Yorkun Olster dairəsində Lenape hindilərinin (delavarlar) Ezopus qəbiləsi ilə Yeni Niderland kolonistləri arasında baş tutmuş iki münaqişə. İlk müharibə mühacirlər tərəfindən qızışdırılmış, ikinci müharibə Exopus qəbiləsinin kininin davamı idi. == Zəmin == Avropa müstəmləkəçiliyindən əvvəl Kinqston bölgəsində 1600-cü ilə qədər kiçik kənd icmalarında, delavarlardan hesab edilən təxminən 10,000 nəfərlik Ezopus qəbiləsi yaşayırdı. 1609-cu ildə Henri Hudzon onun adını daşıyan çayı tədqiq etmiş və bu, ezopuslar xalqı ilə avropalılar arasında ilk əlaqəyə səbəb olmuşdur. Holland mühacirlər 1614-cü ildə Nyu-Yorkun Kinqston şəhərində ticarət məntəqəsi tikmişdilər. Ezopus tayfası torpaqdan əkinçilik üçün istifadə etmiş və onlar postu dağıdıb məskunlaşanları cənuba qovmuşdular. Kolonistlər 1652-ci ildə Kinqstonda yeni qəsəbə qurmuş, lakin Ezopus onları yenidən qovmuşdur. Onlar kəndi müdafiə etmək üçün kiçik müdafiə qurğusu tikmişdilər. Atışmalar davam etmiş, lakin ezopuslar mühacirləri dəf edə bilməmiş və sonda torpağı onlara vermişdilər.

Digər lüğətlərdə