Ezopus müharibələri

Ezopus müharibələri — XVII əsrin ikinci yarısında Nyu-Yorkun Olster dairəsində Lenape hindilərinin (delavarlar) Ezopus qəbiləsi ilə Yeni Niderland kolonistləri arasında baş tutmuş iki münaqişə. İlk müharibə mühacirlər tərəfindən qızışdırılmış, ikinci müharibə Exopus qəbiləsinin kininin davamı idi.[1]

Ezopus müharibələri
Tarix sentyabr 1659

Avropa müstəmləkəçiliyindən əvvəl Kinqston bölgəsində 1600-cü ilə qədər kiçik kənd icmalarında, delavarlardan hesab edilən təxminən 10,000 nəfərlik Ezopus qəbiləsi yaşayırdı.[2]

1609-cu ildə Henri Hudzon onun adını daşıyan çayı tədqiq etmiş və bu, ezopuslar xalqı ilə avropalılar arasında ilk əlaqəyə səbəb olmuşdur. Holland mühacirlər 1614-cü ildə Nyu-Yorkun Kinqston şəhərində ticarət məntəqəsi tikmişdilər. Ezopus tayfası torpaqdan əkinçilik üçün istifadə etmiş və onlar postu dağıdıb məskunlaşanları cənuba qovmuşdular. Kolonistlər 1652-ci ildə Kinqstonda yeni qəsəbə qurmuş, lakin Ezopus onları yenidən qovmuşdur. Onlar kəndi müdafiə etmək üçün kiçik müdafiə qurğusu tikmişdilər. Atışmalar davam etmiş, lakin ezopuslar mühacirləri dəf edə bilməmiş və sonda torpağı onlara vermişdilər.[3]

  1. Smith, Jesse J. "Esopus Indian wars were 'the clash of cultures'". Daily Freeman. Kingston, NY. 2005-05-29. 2012-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  2. David Levine. "Discover the Hudson Valley's Native American History". Hvmag.com. 2021-07-28. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  3. Sylvester, Nathaniel Bartlett. History of Ulster County, New York, with Illustrations and Biographical Sketches of its Prominent Men and Pioneers. Philadelphia, PA: Everts & Peck. 1880. OCLC 2385957.