FAHMALI
FAKİN
OBASTAN VİKİ
Faxralı
Faxralı (gürc. ფახრალო; 1991-ci ildən: gürc. ტალავერი, talaveri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib. == Etimologiya == Ehtimallara görə Faxralı toponimi "fəxr" və "Alı sözlərinin sintezindən yaranmışdır. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də gürcüləşdirilərək Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) halına salınmışdır. == Tarix == Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna rəğmən kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.
Faxralı (dəqiqləşdirmə)
Faxralı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsində kənd. Fəxralı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Fahralı — Türkiyə Respublikasının Yozqat vilayətinin Çayıralan mahalında kənd.
Rəşid Faxralı
Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili. == Həyatı == Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. == Kitablari == Gözümdə hönkürür bir dəli sevda. Zaman, biz və kişiliyimiz. Qürbət ağrısı.
нарочи́тость обкле́ивать ощу́паться перета́лкиваться пря́нуть ретушёвка хище́ние холоди́ться лачу́га подсы́льный сте́лечный тасма bubbly epicentral favourable Nonie spastic technology-intensive product tights turned замирать запеть зарисовать сборка фантастический