Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu oykonim xalq etimologiyasına görə, "Fəxr" sözü ilə "Alı" şəxs adının birləşməsindən, başqa bir etimologiyaya görə isə, "fağır" sözü ilə "Alı" antroponiminin – şəxs adının birləşməsindən yaranıb.[2] "Faxralı" oykoniminin birinci komponentindəki, yəni "fəxr" sözündəki "ə" incə saitinin qalın "a" səsinə çevrilməsini nəzərə alsaq, onda "Faxralı" kənd adının "Fəxr" və "Alı" şəxs adından düzəlməsi düşünülür. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də dəyişdirilmiş,[3] "gürcüləşdirilmiş" və Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) adlandırılmışdır.[4]
Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna baxmayaraq kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.[5] Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir.[6] XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax-Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır.[7]
11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.[8]
Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan kəndin ərazisi 17 min hektar ərazini əhatə edir. 2,5 min hektaradək əkinə yararlı torpaq sahəsinə malik Faxralı (2006-cı ildə Borçalı bölgəsi üzrə becərilmiş torpaqların 3,6%-i)[9] mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır. Geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq geniş yayılmışdır.
14 may — 17 dekabr 1886-cı il tarixində aparılmış ailələr üzrə siyahıyaalınmaya əsasən Tiflis quberniyasınınBorçalı qəzasının Faxralı kəndində tatarlardan (azərbaycanlılardan) ibarət 1.009 nəfər əhali yaşayırdı.[11]
Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən Tiflis quberniyası, Borçalı qəzasının Faxralı kəndində 1.309 nəfər (720 nəfəri kişilər, 589 nəfəri qadınlar) əhali yaşayırdı və onların 1.305 nəfəri müsəlman idi.[12]
1 yanvar 1915-ci il tarixinə Tiflis quberniyası Borçalı qəzasının Faxralı kəndinin tatarlardan ibarət 2,105 nəfər əhalisi var idi.[13]
1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən kənddə 5859 nəfər əhali yaşayırdı.[14]
Kənd əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1886-cı ildə 1145 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər olmuşdur.
2014-cü ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 5038 nəfər sakin (rayon əhalisinin 9,4%-i) yaşayır ki, onlardan da 50,7%-i kişilər, 49,3%-i isə qadınlardır. Yüksək əmək miqrasiyası ilə əlaqədar əhalinin sayı 2002-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmadan etibarən 27% azalmışdır.
Ailə üzvlri orta say hesabı ilə 41%-i 4–5 nəfərdən ibarətdir. Çoxuşaqlılığın geniş yayılması səbəbindən hər ailəyə düşən sakinlərin sayı (4,6 nəfər) rayonun (4,0 nəfər) və respublikanın orta göstəricisini (3,5 nəfər) qabaqlayır. Rəsmi statistikaya əsasən kənd əhalisinin 99%-i azərbaycanlılardan ibarətdir.
Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhərindən sonra isə 2-ci ən böyük yaşayış məntəqəsidir[15].
1835–1836-cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, İveylər, Qasımlı, Aşırlı, Kovxalı, Hasannı tayfalarından ibarət 120–dən artıq ev olub.[16]
Hüseynqulu Məmməd oğlu Məmmədlinin məlumatlarına əsasən 1920–1921-ci illərdə Gürcüstan SSR qurulana qədər Faxralıda təxminən bu tayfalar yaşayırdılar: Hasanlı, Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər, Qazaxlı, Qurbanlılar, Əhmədalılar, Nabadoğulları, Aşırlı, Dərgahlı, Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli, Quyraxlı, Zamanlı, Çöllüöyləri, Vərzalar, Qarabədəllər, Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü, Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar, Alməmmədli, Bədəlli, Məməşdər–Teşərələr, Amaşdı, Məsimoğulları, Baləmmətli, Qubuş evləri, Babaşdı, Nəsib öyü, İramazan öyü, Baytallı, Kələli, Hasan öyü, Əhməd öyü, Ayvaz öyü, Şirrətdi, Qasımlı, Şamratdı, Alqazaxlar, İskəndərlər, Tamılar, Göyüşdər, Adgözəllər, Kovxalılar, Nurular, Vəlxanlı, Şahbuzlular, Ayrımlar, Təhlələr, Nağılar, Həvillər, Qalayçılar, Xəlfələr, Sədilər, İmannı, Quşayvazlar, İveylər (Qarammədli və s.), Qəmbərli, Poladlı, Fatoylar, Budaxlı, Kələşdi, Gödəklər…[17]
Hazırda Faxralı kəndində 3[21]azərbaycandilli orta məktəb, 1 stasionar xəstəxana və 1 məscid fəaliyyət göstərir. Sovetlər dövründə istifadəyə verilmiş mədəniyyət klubu 80-ci illərin sonlarında naməlum şəraitdə yandırılmışdır. Bundan başqa kənddə fəaliyyət göstərmiş 2 kitabxana da dağıdılmışdır.[mənbə göstərin]
Kənddə 3 orta məktəb fəaliyyət göstərir. 2014–2015-ci tədris ili üzrə rəsmi məlumatlara əsasən məktəblərdə bütövlükdə 512 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur.[22][23]
Kənd əhalisi əsasən regionun azərbaycanlı subkulturasına xas olan milli və dini bayramları keçirirlər. Bunlardan Novruz Bayramı xüsusi dəbdəbə ilə qeyd edilir. Kəndin coğrafi mövqeyi ilə əlaqədar olaraq Novruz Bayramı ətraf dağ və təpələrdə yandırılan çoxsaylı tonqallarla seçilir.
Yerli əhali 1907-ci ildə tikilən və bir əsrdən çox yaşı olan Faxralı kənd məscidinin yarımçıq qalmış bərpasına 2009-cu ildə başladı. 2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər və kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkiblər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib.[25]
↑Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 146
↑Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893
↑Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография "Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXIX. Тифлисская губерния, стр. 51
↑Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Алфавитный список населенным местам Кавказского края имеющим населения более 1000 душ обоего пола, с показанием народности, стр.31