Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili.
Rəşid Faxralı | |
---|---|
Rəşid Məmməd oğlu Hüseynov | |
Doğum adı | Rəşid Hüseynov |
Doğum tarixi | |
Doğum yeri | Faxralı, Bolnisi, Gürcüstan SSR |
Fəaliyyəti | jurnalist |
Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub.
25 kitabın, 4 sənədli filmin müəllifidir.
"Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır.
[1] [ölü keçid] [2] Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine