FƏZİLƏT

is. [ ər. ]
1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı.
// Müdriklik, kamillik; ehtiram doğuran sifətlər.
[Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var. H.Cavid.
[Yaşlı kişi:] Buraya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilətindən çox şeylər söyləmişdilər. S.Hüseyn.

2. məc. Dəyər, qiymət, məziyyət.
…Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə. F.Köçərli.

Синонимы

  • FƏZİLƏT müdriklik — kamillik
  • FƏZİLƏT hünər — bilik — mərifət
  • FƏZİLƏT comərdlik — səxavət
  • FƏZİLƏT məziyyət — ləyaqət — şərəf — mənlik
FƏZA
FƏZİLƏTLİ
OBASTAN VİKİ
Fəzilət
== Fəzilətlər == Fəzilətlər insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlərdir. Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur. Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir. === Fəzilətlərin siyahısı === Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı: == Mənbə == Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani.
Fəzilətlər

Значение слова в других словарях