Fəzilətlər

Fəzilətinsanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər.

Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur.

Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir.

Fəzilətlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı:

altruizm mərhəmət
azadlıq məsuliyyətlilik
azad iradə məsumluq
aza qane olmaq minnətdarlıq
bağışlaya bilmək müdriklik
başa düşmə qabiliyyəti müstəqillik
birlik nəzakət
bütövlük qiymətləndirmə qabiliyyəti
cəsarət qətiyyətlilik
çeviklik optimistlik
dəyanət özünə inam
intizam özünə hörmət
doğruçuluq özünü dərk etmə
dözümlülük özünü qiymətləndirmə
düzlük qonaqpərvərlik
empatiya rəhimlilik
entuziazm (şövq) sadəlik
etibarlılıq saflıq
etiqad sevgi
ədalət sevinc
ədəblilik səbr
əliaçıqlıq sədaqət
fantaziya səmimilik
gözüaçıqlıq sülhpərvərlik
həssaslıq şərəf
hörmətcillik tabe olma
idealizm təmizlik
inadcıllıq təvazökarlılıq
intuisiya tolerantlıq
ismətlilik ümidli olmaq
kamillik xeyirxahlıq
kəşf etmə qabiliyyəti xeyriyyəçilik
kömək etmək qabiliyyəti xoşbəxtlik
kritik düşünmə xoşniyyətlilik
ilqar yaradıcılıq qabiliyyəti
maraq yaxşı ədalar
məqsədyönlülük zəhmətkeşlilik

Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani. Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]