geyzer
gezeng 2021
OBASTAN VİKİ
Geza Anda
Geza Anda (19 noyabr 1921[…], Budapeşt – 13 iyun 1976[…], Sürix) — İsveçrə pianoçusu, pedaqoq, dirijor == Fəaliyyəti == Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir.
Gezer Xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir.
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal azad agent olaraq "Monako"ya keçdi. == Klub karyerası == === Lion === 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı. Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı.
Taksim Gezi Parkı
Taksim Gəzi parkı — İstanbulun Bəyoğlu rayonunda, Taksim meydanı ilə Elmadağ rayonu arasında yerləşən şəhər parkıdır. == Tarix == Gəzi Parkının yerləşdiyi yerdə 1806-cı ildə Halil Paşa Topçu Kışlası adında özündə osmanlı, rus ve hind memarilərinin elementlərini ehtiva edən böyük və dəbdəbəli bir topçu kazarması tikilmişi. Kazarma binasına müharibələrdə xeyli zərər dəymişdi. Xüsusilə, 31 mart hadisələrindən (13 aprel 1909) sonra ətrafı hasarlandı və təmir olundu. Amma memari ve tarixi baxımdan əhəmiyyətinə baxmayaraq kazarma, 1940-cı ildə ö dövrün İstanbul valisi Lütfi Kırdarın qərarı ilə , Henri Prostun hazırladığı abadlıq işləri planı çərçivəsində söküldü. Kazarma sökülməsindən əvvəlki illərdə yenidən quruluraq idman zalı kimi istifadə olunurdu. Türkiyə milli futbol komandası ilk rəsmi futbol matçını Rumıniya millisinə qarşı, Gəzi parkının bu gün yerləşdiyi stadionda, 26 oktyabr 1923-cü ildə oynamişdır ve matç 2:2 hesabla nəticələnmişdir. Kazarmanın sökülməsindən sonra ətrafda ucaldılan otellər üçün ərazilərin ayrılması və yenidənqurma işləri nəticəsində parkın ərazisi zamanla daha da kiçildi. Buna baxmayaraq İstanbulun mərkəzində mühüm bir istirahət ərazisinə çevrildi və tez-tez aparılan yenidənqurulma işləri nəticəsində görünüşü dəyişdi. == 2013-cü ildə Taksim Gəzi parkı etirazları == 28 may 2013-cü ilin ilk saatlarında, Taksim ərazisinin piyada zonasına çevrilməsi layihəsi çərçivəsində Taksim Gəzi parkının dağıdılmasının başlanması səbəbindən başlayan ve polis tərəfindən müdaxiləyə məruz qalan etiraz hərəkətləri.
Alpər Gezeravcı
Alpər Gezeravcı (türk. Alper Gezeravcı; 2 dekabr 1979, Mersin, Silifke) – hərbi və mülki pilot, mühəndis və 19 yanvar 2024-cü ildə həyata keçirilən SpaceX AX-3 missiyasının ekipaj üzvü olaraq Türkiyənin ilk kosmonavtı. == Həyatı == Alpər Gezeravcı 2 dekabr 1979-cu ildə Türkiyənin Silifke şəhərində anadan olub. İstanbulda Hərbi Hava Qüvvələri Akademiyasında oxuyub və burada Elektron Mühəndisliyi üzrə üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Rayt-Patterson HHQ bazasında yerləşən Texnologiya İnstitutunda magistr dərəcəsini qazanıb. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarə pilotu kimi Gezeravcı T-41, SF-260, T-37, T-38, F-5, KC-135 və F-16 da daxil olmaqla bir neçə təyyarəni idarə etməkdə 15 illik təcrübəyə malikdir. Bundan əlavə, o, yeddi il Türk Hava Yolları şirkətində təyyarə kapitanı vəzifəsində çalışıb. Gezeravcı eyni zamanda uçuş direktoru, uçuş təhlükəsizliyi üzrə məsul işçi və kommersiya hava yollarının kapitanı kimi fəaliyyət göstərmişdir. Eskadrilyanın tədris aviaqrupunun komandiri kimi o, eskadrilyanın standartlara uyğunlaşdırılması və qiymətləndirilməsi, bütün təlim sənədlərinin Hərbi Hava Qüvvələri standartlarına uyğun təşkili, yoxlama uçuşlarından əvvəl bütün F-16 və KC-135R pilotları üçün imtahanların keçirilməsi və eskadrilyanın sənədlərinin standartlara uyğunluğunun nəzərdən keçirilməsinə cavabdeh idi. İdman həvəskarı olan Gezeravcı akvalanqla dalma, yelkənli qayıq idmanı, kempinq və raftinqlə məşğul olur, dağ trekinqi və at sürmədə böyük təcrübəyə malikdir.