Geza Anda

Geza Anda (19 noyabr 1921[2][3][…], Budapeşt[4]13 iyun 1976[2][5][…], Sürix[5]) — İsveçrə pianoçusu, pedaqoq, dirijor

Geza Anda
Géza Anda
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Macarıstan, Budapeşt
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri İsveçrə, Sürix
Vəfat səbəbi qida borusu xərçəngi[d][1]
Vətəndaşlığı İsveçrə İsveçrə
Milliyyəti macar
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, pedaqoq, dirijor
Janr klassik musiqi
Musiqi aləti fortepiano
Albom şirkəti Doyçe Qrammofon[d]
Təhsili
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir. Sürixdə üç ildən bir pianoçuların[6] beynəlxalq müsabiqəsini keçirirdi.[7]

  1. https://www.eda.admin.ch/countries/hungary/de/home/aktuell/grand-tour/budapest/geza-anda.html.
  2. 1 2 http://www.geza-anda.ch/pages/view/id/20.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Deutsche Nationalbibliothek Record #118502743 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
  6. İjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.52. ISBN 978 2 3505 5192 0.
  7. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 485. ISBN 978-9952-441-02-4.