2007 Güləş üzrə Dünya Çempionatı
Güləş üzrə dünya çempionatı 2007-ci il, sentyabrın 23-dən 17-dək Bakıda, Azərbaycanın paytaxtında keçirilib. Yarış Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmiş, həmçinin 2008-ci il Pekin Olimpiadasına təsnifat turunun hissəsi idi. Belə ki, bütün çəki dərəcələri üzrə ilk 8 yeri tutmuş idmançılar olimpiya oyunlarına vəsiqə aldılar. Bu dünya çempionatında 92 ölkədən 810 idmançı çıxış edib, 25-dan çox ölkədən 130-yə yaxın jurnalist isə çempionatın gedişini izləyib.
== Açılış mərasimi ==
Çempionatın açılış mərasimində həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva iştirak etmişlər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan güləş Federasiyasının prezidenti Fazil Məmmədov beynəlxalq idman yarışlarında, son 10 ildə Azərbaycanda keçirilən olimpiya oyunlarında azərbaycan güləşçilərinin və nailiyyətləri haqqında məlumat vermişlər.
Beynəlxalq güləş assosiasiyaları federasiyasının prezidenti (FILA) Rafael Martinetti çıxış etmişdir.Daha sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın həyata keçirdiyi işləri qeyd edib. Sonra Rafael Martinetti Azərbaycan Prezidenti İlham Əliyevə FILA ali mükafatını — "idman Əfsanəsi" medalını təqdim edib.
== İştirakçılar ==
Çempionatda dünyanın 92 ölkəsinin nümayəndələri iştirak edib. Sərbəst güləş üzrə 313, qadın 198, yunan-roma növündə isə 299 idmançı iştirak edib.