Azərbaycan Güləş Federasiyası (AGF) — Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib[1].
Azerbaijan Güləş Federasiyası AGF | |
---|---|
Azərbaycan Güləş Federasiyası | |
Yaranma tarixi | 1993 |
Mərkəzi | |
Prezident | Mikayıl Cabbarov |
awf.az |
1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub.[2] AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub[3].
1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib.
2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.[4].
Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir.[5]
2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.[6]
2004-cü il – Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.[7]
2007-ci il – Azərbaycanda güləş üzrə dünya çempionatı keçirilib. Həmin mundialda o dövr üçün rekord sayda 92 ölkədən 797 idmançı Bakıda qələbə uğrunda mübarizə aparıb.[8]
2010-cu il – Azərbaycanda güləş üzrə Avropa çempionatı keçirilib.[9]
2012-ci il – Azərbaycanda sərbəst güləş üzrə növbəti Dünya Kuboku keçirilib.[10]
2012-ci il – Bakıda yeniyetmə güləşçilərin dünya çempionatı keçirilib.[11]
2022-ci il – Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku təşkil edilib.[12]
1996-2020-ci illər –Azərbaycan idmançılarının iştirak etdiyi son 7 Olimpiya Oyunlarınlarında əldə edilmiş 49 medaldan 25-i güləşin payına düşür.
İl | Yarışın adı | Qızıl | Gümüş | Bürünc | Cəmi |
2020 | Yaponiya | 0 | 1 | 2 | 3 |
2016 | Braziliya | 0 | 3 | 6 | 9 |
2012 | Böyük Britaniya | 2 | 2 | 3 | 7 |
2008 | Çin | 0 | 1 | 2 | 3 |
2004 | Yunanıstan | 1 | 0 | 0 | 1 |
2000 | Avstraliya | 1 | 0 | 0 | 1 |
1996 | ABŞ | 0 | 1 | 0 | 1 |
CƏMİ | 4 | 8 | 13 | 25 |
1993-2022 – ci illərdə Azərbaycan güləşçiləri böyüklər arasında dünya çempionatlarında 85 medal qazanıblar.
2009-cu ildə - Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında rekord nəticə qeydə alınıb. Həmin yarışda güləşçilər 10 (3 qızıl, 4 gümüş, 3 bürünc) medal qazanıb.[13]
2009-cu ildə - Sərbəst güləş üzrə ən yaxşı nəticə qeydə alınıb. Danimarkada güləş üzrə Azərbaycanın milli komandası dünya ikincisi olub.[14]
2009-cu ildə qadın güləşi üzrə güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub.[15]
2023-cü ildə keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub.[16]
İl | Yarışın adı | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1994 | Türkiyə | 0 | 1 | 0 | 3 |
Finlandiya | 0 | 2 | 0 | ||
1998 | İran | 0 | 1 | 0 | 1 |
2002 | İran | 0 | 1 | 0 | 2 |
Rusiya | 1 | ||||
2003 | ABŞ | 1 | 0 | 0 | 1 |
2006 | Çin | 0 | 1 | 1 | 2 |
2007 | Azərbaycan | 1 | 0 | 1 | 2 |
2008 | Yaponiya | 0 | 0 | 1 | 1 |
2009 | Danimarka | 3 | 4 | 3 | 10 |
2010 | Rusiya | 2 | 2 | 3 | 7 |
2011 | Türkiyə | 2 | 1 | 5 | 8 |
2013 | Macarıstan | 0 | 2 | 2 | 4 |
2014 | Özbəkistan | 1 | 3 | 3 | 7 |
2015 | ABŞ | 2 | 3 | 3 | 8 |
2016 | Macarıstan | 0 | 0 | 2 | 2 |
2017 | Fransa | 1 | 0 | 2 | 3 |
2018 | Macarıstan | 1 | 2 | 2 | 5 |
2019 | Qazaxıstan | 1 | 3 | 2 | 6 |
2021 | Norveç | 1 | 1 | 4 | 6 |
2022 | Serbiya | 1 | 1 | 5 | 7 |
2023 | Serbiya | 2 | 5 | - | 7 |
CƏMİ | 19 | 34 | 39 | 92 |
1992-ci ildən iştirak etdikləri böyüklər arasında qitə birinciliklərində Azərbaycan güləşçiləri 186 medal qazanıb.
2009-cu il – Sərbəst güləş üzrə yığmamız komanda hesabında Avropa çempionu olub.[17]
2017- Sərbəst güləş üzrə Azərbaycanın yığma komandası Avropa çempionu olub.
2018-ci ildə Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında 18 (4 qızıl, 5 gümüş, 9 bürünc) medal qazanılıb. Bu, qitə birincilikləri arasında güləşçilərin əldə etdiyi ən uğurlu nəticədir[18].
2009, 2017, 2022, 2023 – Sərbəst güləş üzrə Azərbaycan yığması 4 dəfə komanda hesabında Avropa çempionu olub[19][20][21][22].
2022-ci il Yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası Avropa çempionu olub.[23]
İl | Yarışın adı | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1993 | Türkiyə | 1 | 2 | 0 | 3 |
1994 | İtaliya | 1 | 0 | 0 | 1 |
1995 | İsveçrə | 2 | 0 | 1 | 3 |
1996 | Macarıstan | 1 | 0 | 2 | 3 |
1997 | Polşa | 0 | 1 | 0 | 1 |
1998 | Belarus | 0 | 1 | 0 | 1 |
1999 | Bolqarıstan | 0 | 0 | 1 | 1 |
2002 | Azərbaycan | 1 | 1 | 1 | 3 |
2003 | Latviya | 1 | 0 | 0 | 1 |
2004 | Türkiyə | 0 | 0 | 1 | 1 |
2005 | Bolqarıstan | 1 | 1 | 0 | 2 |
2006 | Rusiya | 0 | 1 | 2 | 3 |
2007 | Bolqarıstan | 1 | 0 | 1 | 2 |
2008 | Finlandiya | 2 | 1 | 4 | 7 |
2009 | Litva | 5 | 2 | 2 | 9 |
2010 | Azərbaycan | 7 | 2 | 1 | 10 |
2011 | Almaniya | 6 | 0 | 8 | 14 |
2012 | Serbiya | 2 | 0 | 4 | 6 |
2013 | Gürcüstan | 0 | 1 | 6 | 7 |
2014 | Finlandiya | 3 | 5 | 2 | 10 |
2016 | Latviya | 2 | 2 | 4 | 8 |
2017 | Serbiya | 2 | 3 | 3 | 8 |
2018 | Rusiya | 4 | 5 | 9 | 18 |
2019 | Rumıniya | 4 | 2 | 7 | 13 |
2020 | İtaliya | 2 | 2 | 9 | 13 |
2021 | Polşa | 1 | 2 | 5 | 8 |
2022 | Macarıstan | 3 | 6 | 7 | 16 |
2023 | Xorvatiya | 5 | 6 | 3 | 14 |
CƏMİ | 57 | 46 | 83 | 186 |
Azərbaycan güləş yığmaları 3 dəfə Dünya Kubokuna sahib olub.
2004-cü ildə Bakıda keçirilən yarışda finalda Rusiya yığmasına qalib gələn sərbəst güləş üzrə milli komanda kuboka sahib çıxıb[24].
2009-cu ildə Sərbəst güləşçilər İranda keçirilən Dünya Kubokunun finalında isə yerli komandaya qalib gələrək 2-ci dəfə kuboka sahib çıxıb[25].
2015-ci ildə Tehranda keçirilən yarışda finalda Yunan-Roma güləşi üzrə milli Rusiya yığmasına qalib gələrək Dünya Kubokuna sahib çıxıb.[26]