Cabbar Nəcəfov (güləşçi)

Cabbar Nəcəfov (27 dekabr 1998) — Azərbaycanı təmsil edən güləşçi.

Cabbar Nəcəfov
Şəxsi məlumatlar
Tam adı Cabbar Nəcəfov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (24 yaş)
İdman növü Güləş

Həyatı[redaktə | mənbəni redaktə et]

Cabbar Nəcəfov 1998-ci il dekabrın 27-də anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Cabbar Nəcəfov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu.

Cabbar Nəcəfov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5.[1] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu.[1] Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0.[1] Bununla da Cabbar Nəcəfov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi İlham Bəhramov oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cabbar Nəcəfov rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Еще три медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.