günortada
güvenc
OBASTAN VİKİ
"Gürzə" Xüsusi Təyinatlı Dəstəsi
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
"Gürzə" xüsusi təyinatlı dəstə

ABŞ–Gürcüstan münasibətləri
Gürcüstan–ABŞ münasibətləri — Gürcüstan Respublikası və ABŞ arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 2004–2008-ci illərdə Gürcüstan NATO-ya üzv olmaq istəyir, lakin güclü rus meyilli müxalifəti qarşısında müvəffəq ola bilmir. 2012-ci ilin fevralında ABŞ və Gürcüstanın Azad Ticarət Sazişi üzərində işə başlayacağı bildirir. Bu reallaşacağı təqdirdə Gürcüstan ABŞ-la bu cür müqaviləyə imza atan yeganə Avropa ölkəsi halına gələcək. Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, gürcülərin 51 %-i ABŞ rəhbərliyini dəstyəkləyir, 15% isə dəstəkləmir. == Tarix == 1991-ci ildə Gürcüstan SSRİ dağıldıqdan sonra müstəqillik qazanır. 1992-ci ildən isə Amerika Birləşmiş Ştatları bu ölkə arasında diplomatik əlaqələr qurulur.
AXC-Gürcüstan əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə, Abxaziyada gürcü qırğını və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində) — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə, qırğın və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür. Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür. Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir. == Arxa plan == 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı.
Adapazarı gürzəsi
Adapazarı gürzəsi (lat. Vipera barani) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Yarımnövlər əmələ gətirmir. == Təsviri == Dişilər 60 sm, erkəklər isə 54,5 sm uzunluğa malik olurlar. == Yayılması == Türkiyənin şimal-qərbi.
Ahmədsər Gürab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.
Allahverdi xan (gürcü)
Allahverdi xan Undiladze (gürc. ალავერდი-ხანი; 1560, Gürcüstan – 3 iyun 1613, İsfahan) — əvvəlcə I Şah Abbasın sarayında zərgərbaşı, sonra qullarağası, Azərbaycan nağıllarının qəhrəmanlarından biri olan Vəzir Allahverdi xan. == Həyatı == I Şah Abbasın vəfatından sonra Səfəvi sarayında xidmət göstərən islamı qəbul etmiş gürcülər iki qrupa ayrılmışdılar. Birinci qrupa Xosrov Mirzə ilə Rüstəm xan Saakadze, ikinci qrupa isə Allahverdi xan Undiladze başçılıq edirdi. Şah Abbasın hakimiyyəti dövründə Allahverdi xanın böyük oğlu İmamqulu xan Fars, kiçik oğlu Davud xan isə Gəncə-Qarabağ bəylərbəyliyinə başçılıq edirdi. Lakin Davud xan xəyanət edərək, 1632-ci ildə yenidən Gəncə Səfəvilərə qarşı çıxan Teymurazın üzərinə yürüş edərkən tərəfinə keçdi. Gürcü mənbəyinin yazdığına görə ağıldan kəm olan Davud xanı şah bir neçə dəfə ziyafətdən qovmuşdu. Qəfildən Gəncəyə soxulan müttəfiqlər burda Qacarlardan ibarət qala qarnizonunun əskərlərini qətlə yetirdilər və "bütün Azərbaycanı ələ keçirəcəklərinə and içdilər". Müttəfiqlərə qoşulan erməni katolikosu Teymuraza belə bir "ideya" ilə müraciət etdi: "Nə qədər ki xotkarla (Osmanlı sultanı) şah (Səfəvi hökmdarı) öz aralarında düşmənçilik edirlər bu yürüşünüzü Təbrizə qədər davam etdirin. Mən sizə 40 min tüfəngçi verə bilərəm.
Almaniya–Gürcüstan münasibətləri
Gürcüstan–Almaniya münasibətləri — Gürcüstan Respublikası və Almaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Birinci Dünya müharibəsindən sonra Gürcüstan Demokratik Respublikasının müstəqilliyini elan edir. 1918-ci ildə yeni qurulan dövləti Almaniya Gürcüstanı tanıyan ilk ölkələrdən biri olur. 1922-ci ildə Gürcüstanın Sovet İttifaqına zorla birləşdirilməsi səbəbindən ikitərəfli münasibətlər kəsilir. Lakin SSRİ-nin dağılmasından sonra 13 aprel 1992-ci ildə bu münasibətlər yenidən bərpa edilir. Gürcüstanın Berlində, Almaniyanın Tiflisdə səfirliyi var. == Tarix == Gürcüstan ilk dəfə 1918-ci ildə müstəqillik qazandıqda, ölkədəki geopolitik vəziyyət çətin idi. Mübahisəsiz suverenliyini qorumaq və həm Rusiyanı, həm də Türkiyəni Gürcüstandan uzaq tutmaq məqsədi ilə Gürcüstan Almaniyanın protektoratlığına girmək məcburiyyətində qalır. Almaniya General Kress von Kressensteyn Friedrixin rəhbərliyi altında Gürcüstana qoşun kontingenti göndərir. Almanların iştirakı qısa müddətə təsirli olur.
Amerika-Gürcüstan hərbi yolu (film, 2003)
Amerika-Gürcüstan hərbi yolu sənədli televiziya filmi 2003-cü ildə ANS Televiziyasında istehsal edilmişdir. Film ABŞ-la Gürcüstan arasındakı strateji hərbi münasibətlərdən bəhs edir. == Məzmun == Film ABŞ-la Gürcüstan arasındakı strateji hərbi münasibətlərdən bəhs edir.
Avisen gürzəsi
Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır. == Təsviri == Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir. == Ekologiya == Ədsasən qumlu səhralarda yaşayır.
Avstriya–Gürcüstan münasibətləri
Gürcüstan–Avstriya münasibətləri — Gürcüstan Respublikası və Avstriya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki dövlət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Ölkələr 1992-ci ildə diplomatik münasibətlər qurmuşlar. Gürcüstan 1996-cı ildə Vyanada səfirliyini açmışdır. Gürcüstanın üstəlik Qratsda da fəxri konsulluğu vardır. Avstriya Gürcüstanda Vyanada yerləşən qeyri-rezident və Tiflisdəki fəxri konsulluq vasitəsi ilə təmsil olunur. == Tarix == Birinci Dünya müharibəsinin sonunda, digər mərkəzi güclərlə birlikdə Avstriya-Macarıstan 1918-ci ildə Gürcüstan Demokratik Respublikasının müstəqilliyini tanıyanlardan biri olur. Avstriya-Macarıstanın Gürcüstandakı ilk səfiri Qeorq von und zu Frankenşteyn olur [3]. 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı Avstriya Xarici İşlər Naziri Ursula Plassnik Rusiyanı "BMT qətnaməsini nəzərə alaraq Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə" çağırır. O, həmçinin Rusiyanın hərbi müdaxiləsinin Qərbin etibarlı tərəfdaşı kimi etibarını ciddi şəkildə sarsıtdığını söyləyir.
Aysel Gürel
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Aysel Gürəl

Azərbaycan-Gürcüstan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 17.09.1992 Gürcaani YO Gürcü – Azərbaycan 6:3 25.05.1993 Gəncə YO Azərbaycan – Gürcü 1:0 12.08.1998 Gəncə YO Azərbaycan – Gürcüstan 1:0 04.06.2000 Bakı YO Azərbaycan – Gürcüstan 0:0 09.05.2001 Kutaisi YO Gürcüstan – Azərbaycan 1:0 12.09.2007 Bakı YO Azərbaycan – Gürcüstan 1:1 === U-21 === 23.03.2013 Avstriya YO Azərbaycan – Gürcüstan 1:1 23.01.2018 Türkiyə YO Azərbaycan – Gürcüstan 1:1 16.05.2018 Bakı YO Azərbaycan (U-20) – Gürcüstan (U-20) 1:2 10.09.2019 Bakı AÇSO Azərbaycan – Gürcüstan 0:3 13.10.2020 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan – Azərbaycan 1:0 === U-19 === 16.10.2010 Parşal, Portuqaliya AÇSO Azərbaycan – Gürcüstan 3:0 28.10.2012 Zapreşiç, Xorvatiya AÇSO Azərbaycan – Gürcüstan 1:1 19.12.2016 Tbilisi, Gürcüstan YO Gürcüstan – Azərbaycan 0:1 17.11.2018 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan - Azərbaycan 1:2 03.08.2021 Bakı, Azərbaycan YO Azərbaycan – Gürcüstan 2:3 06.08.2021 Bakı, Azərbaycan YO Gürcüstan– Azərbaycan 1:2 18.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 1:2 21.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 2:1 17.06.2023 Qəbələ YO Azərbaycan – Gürcüstan 2:1 === U-17 === 28.04.2012 Almatı, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 0:1 09.05.2013 Astana, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 1:2 04.06.2012 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:1# 03.06.2013 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:0 pen. 5:4 25.06.2015 Astana BT Gürcüstan – Azərbaycan 0:0 08.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:2 11.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:0 === U-16 === 26.10.1998 Zalfelden, Avstriya AÇSO Gürcüstan - Azərbaycan 1:0 12.04.2015 Bakı, Azərbaycan. UEFA-nın İnkişaf turniri. Azərbaycan – Gürcüstan 2:1 27.04.2018 Antalya, Türkiyə, BT Gürcüstan - Azərbaycan 2:1 === Klublar === İyul 2008 Qax YO Simurq – Dinamo Tbilisi 3:1 17.09.2008 Qax YO Simurq – Dinamo Tbilisi 2:0 22.07.2009 Tbilisi YO Sioni – Simurq 0:1 17.07.2012 Bakı UEFA ÇL seçm mər. Neftçi – Zestafoni 3:0 24.07.2012 Zestafoni UEFA ÇL seçm mər. Zestafoni – Neftçi 2:2 09.09.2012 Tbilisi YO Dinamo Tbilisi – İnter Bakı 2:1 14.10.2012 Tbilisi YO Dinamo Tbilisi – Simurq 3:2 01.02.2013 Antalya YO Qarabağ – Zestafoni 2:0 23.03.2013 Tbilisi YO Dila Qori – Simurq 0:1 03.07.2013 Kartepe YO Dila Qori – Simurq 3:3 07.07.2013 Kartepe YO Dila Qori – Simurq 1:1 17.07.2013 Batumi YO Mertsxali – Sumqayıt 0:3 20.07.2013 Batumi YO Merani Martvili – Sumqayıt 1:2 22.07.2013 Batumi YO Quriya – Sumqayıt 0:0 09.09.2013 Tbilisi YO Metallurq – Simurq 1:1 11.10.2013 Gürcü YO Spartak Tsxinvali – İnter Bakı 0:2 12.10.2013 Gürcü YO Metallurq Rustavi – İnter Bakı 0:2 17.07.2014 Bolu YO Neftçi – Çixura 2:3 20.07.2014 Bolu YO Neftçi – Çixura 1:1 27.07.2014 Bolu YO AZAL – Kolxeti 1913 0:0 31.07.2014 Bakı UEFA AL Neftçi – Çixura 0:0 01.08.2014 Gürcü YO Gürcü (U-21) – Xəzər Lənkəran-2 2:3 07.08.2014 Tbilisi UEFA AL Çixura - Neftçi 2:3 11.10.2014 Tbilisi YO Dinamo Tbilisi – Simurq 0:1 02.07.2015 Tbilisi UEFA AL Dinamo Tbilisi - Qəbələ 2:1 09.07.2015 Qəbələ UEFA AL Qəbələ - Dinamo Tbilisi 2:0 12.07.2015 Gürcüstan YO Kede - Neftçi-2 1:1 25.07.2015 Gürcüstan YO Xobi - Neftçi-2 3:0 06.09.2015 Zaqatala YO Rəvan - Saburtalo 3:0 12.02.2016 Rustavi YO Rustavi - Turan 0:1 18.06.2016 Tbilisi YO Dila Qori - Qəbələ 0:2 22.06.2016 Tbilisi YO Sioni - Qəbələ 0:4 26.06.2016 Tbilisi YO Sioni - Qəbələ 1:1 30.06.2016 Bakı UEFA AL Qəbələ - Samtredia 5:1 07.07.2016 Zestafoni UEFA AL Samtredia - Qəbələ 2:1 16.07.2016 Zaqatala YO Sumqayıt-2 - Hereti Laqodexi 6:0 20.07.2016 Bolu YO Sumqayıt - Torpedo Kutaisi 1:1 25.07.2016 Ankara, Türkiyə YO Kolheti Poti – İnter Bakı 1:0 28.08.2016 Tbilisi YO Samtredia - İnter Bakı 0:2 11.07.2017 Bakı UEFA ÇL Qarabağ - Samtredia 5:0 18-19.07.2017 Samtredia UEFA ÇL Samtredia - Qarabağ 0:1 28.01.2018 Tbilisi YO VİT-Corciya - Qəbələ-2 2:0 31.01.2018 Tbilisi YO Saburtalo-2 - Qəbələ-2 0:1 25.07.2019 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Dinamo Tbilisi 0:2 01.08.2019 Tbilisi, Gürcüstan UEFA AL Dinamo Tbilisi - Qəbələ 3:0 13.08.2019 Tovuz, Azərbaycan YO Turan-Tovuz - İveriya 4:0 07.07.2021 Tbilisi, Gürcüstan UEFA ÇL Dinamo Tbilisi - Neftçi 1:2 14.07.2021 Bakı, Azərbaycan UEFA ÇL Neftçi - Dinamo Tbilisi 2:1 20.07.2021 Tbilisi YO Şukura - Sabah 0:1 23.07.2021 Tbilisi YO Samqurali - Sabah 1:0 25.07.2021 Tbilisi YO Şevardeni - Səbail 1:1 26.07.2021 Tbilisi YO Telavi - Sabah-2 3:1 28.07.2021 Tbilisi YO Saburtalo - Sabah 1:1 (pen.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. == Müqavilənin imzalanması və şərtləri == Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır. Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. == Nəticəsi == Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası— 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. == Haqqında == Hərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan Demokratik Respublikası əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan əlaqələri

Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Azərbaycan və Gürcüstan arasındakı ərazi iddiaları (1918-1920)
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Aşağı Gürəsər (Çaroymaq)
Aşağı Gürəsər (fars. گوراسرسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Belarus–Gürcüstan münasibətləri
Gürcüstan–Belarus münasibətləri — Gürcüstan Respublikası və Belarus arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki dövlət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə aarsında diplomatik münasibələr 1994-cü ildə qurulmuşdur. == Göstəricilər == == Tarix == 1918-ci ilə qədər Belarus və Gürcüstan Rusiya İmperiyasının tərkibində daxil idilər. 1918-ci ildə imperiyanın çöküşü zamanı müstəqil Gürcüstan və Belarus dövlətləri qurulur. Daha sonra hər iki ölkə müstəqilliyini itirir. 1991-ci ilə qədər ölkələr Sovet İttifaqı daxilində ittifaq respublikalarından biri olur. SSRİ-nin dağılması zamanı Gürcüstan və Belarus müstəqilliklərini bərpa edir. 2006-cı ildə dövlətlər arasında münasibətlər pisləşir. Belarus rəhbərliyi bir qrup gürcü deputatı Aleksandr Lukaşenkonu devirmək üçün rəngli inqilab təşkil etmək cəhdində günahlandırır.
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası (BMTGMM) 1993 -cü ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 858 saylı Qətnaməsi ilə qurulmuşdur. Əsas məqsəd Gürcüstanın Suxumi şəhərində vəziyyət, həm də atəşkəsin pozulması ilə bağlı məlumatları araşdırmaq, tərəflərin bu kimi hadisələrini həll etməyə çalışmaq və mandatının yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə hesabat vermək idi. Bölgəyə 88 hərbi məsləhətçinin göndərilməsinə icazə verildi. 15 iyun 2009 -cu ildə Rusiya missiyanın uzadılmasına veto qoyanda sona çatdı. Son müşahidəçilər 15 iyul 2009 -cu ildə bölgəni tərk etdilər. 1993 -cü ilin sentyabrında bölgədə yenidən döyüşlər başladıqdan sonra missiyanın original mandatı ləğv edildi. BMTGMM sonradan Təhlükəsizlik Şurası tərəfindən 1993 -cü ilin Noyabr ayında əlaqədar tərəflərlə əlaqələri davam etdirmək və vəziyyəti izləmək və bildirmək üçün müvəqqəti bir səlahiyyət aldı. Məqsəd hərtərəfli bir siyasi həll yolu əldə etmək idi. 1994-cü ilin may ayında hər iki tərəf atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzaladı. 1994 -cü ilin iyulunda Təhlükəsizlik Şurası müşahidəçilərin sayının artırılmasına (cəmi 136 -ya) və genişləndirilmiş missiyaya icazə verdi.
Buynuzlu gürzə
Buynuzlu gürzə (lat. Cerastes cerastes) — Buynuzlu gürzələr cinsinə daxil olan növ. Yarımnövlərə ayrılmır. == Təsviri == Uzunluğu 60–80 sm-dir. Rəngi əsasən sarı qum rəngində olur. Hər pulcuq cərgəsində 29–33 pulcuq olur. == Yayılması == Geniş yayılmış bir növder. Əsasən Şimali Afrika (Mərakeş istisna) və Ərəbistan yarımadası ərazisində yayılmışdır. == Ekologiya == 10–20 arası yumurta qoyur. Yumurtalar 28–29 °C temperaturda 48 gün ərzində laktasiya dövrü keçir.

Значение слова в других словарях