Almaniya–Gürcüstan münasibətləri

Gürcüstan–Almaniya münasibətləriGürcüstan Respublikası və Almaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Birinci Dünya müharibəsindən sonra Gürcüstan Demokratik Respublikasının müstəqilliyini elan edir. 1918-ci ildə yeni qurulan dövləti Almaniya Gürcüstanı tanıyan ilk ölkələrdən biri olur. 1922-ci ildə Gürcüstanın Sovet İttifaqına zorla birləşdirilməsi səbəbindən ikitərəfli münasibətlər kəsilir. Lakin SSRİ-nin dağılmasından sonra 13 aprel 1992-ci ildə bu münasibətlər yenidən bərpa edilir. Gürcüstanın Berlində, Almaniyanın Tiflisdə səfirliyi var.

Gürcüstan–Almaniya münasibətləri
Almaniya və Gürcüstan
 Almaniya  Gürcüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan ilk dəfə 1918-ci ildə müstəqillik qazandıqda, ölkədəki geopolitik vəziyyət çətin idi. Mübahisəsiz suverenliyini qorumaq və həm Rusiyanı, həm də Türkiyəni Gürcüstandan uzaq tutmaq məqsədi ilə Gürcüstan Almaniyanın protektoratlığına girmək məcburiyyətində qalır. Almaniya General Kress von Kressensteyn Friedrixin rəhbərliyi altında Gürcüstana qoşun kontingenti göndərir[1].

Almanların iştirakı qısa müddətə təsirli olur. Berlin Gürcüstanın etnik sərhədləri üzərində Türkiyəyə təzyiq göstərir. 1918-ci ilin iyul ayına qədər Türkiyə o zamana qədər onun nəzarətində olan bütün limanları və dəmir yollarını Gürcüstanın nəzarəti altına verir. Almaniya yeni respublikaya milyonlarla alman markası həcmində yardım edir. Almaniya Birinci Dünya müharibəsindəki məğlubiyyətdən qısa müddət sonra qoşunlarını ölkədən çıxarmalı olur[2]. 1940-cı illərə qədər Gürcüstanın 20-dən çox şəhərində almanlar yaşayırdı. Onların sayı 24000-dən çox idi. Sovet hökumətinin İkinci Dünya müharibəsi zamanı 1941-ci ilin oktyabrından 1942-ci ilin aprelinədək Almaniyaya qarşı apardığı siyasət nəticəsində Gürcüstan almanlarının əksəriyyəti, ümumilikdə 19186 nəfər Sovet hakimiyyəti tərəfindən respublikadan deportasiya edilir[3]. 27 noyabr 2018-ci il tarixində iki ölkə arasındakı münasibətlər tarixində ilk dəfə hərbi əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləni Gürcüstan Müdafiə Naziri Levan İzoriya və Almaniyanın Müdafiə Naziri Ursula von der Leyen imzalamışdır. Müqaviləyə əsasən Almaniya NATO-nun Gürcüstana qarşı açıq qapı siyasətini dəstəkləyəcək[4].

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

Gürcüstan Almaniyada paytaxt Berlində rəsmi səfirlik vasitəsilə təmsil olunur. Gürcüstanın ayrıca Frankfurt və Münhen şəhərlərində konsulluğu vardır.

Almaniyanın isə Tiflisdə səfirliyi var.

  1. Frederik Coene. Euro-Atlantic Discourse in Georgia: The Making of Georgian Foreign and Domestic Policy After the Rose Revolution. Routledge, Apr 14, 2016
  2. Donald Rayfield. Edge of Empires: A History of Georgia. 15 February 2013, p. 326
  3.  (gürc.) 1941 Deportation of Germans.[ölü keçid] Archive Administration of Ministry of Internal Affairs of Georgia. Accessed on May 7, 2008.
  4. "Грузия и Германия подписали соглашение о военном сотрудничестве". РИА Новости (rus). 20181127T1329+0300Z. 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.