1. Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik.
Dükan qabağına toplaşanların əhvalatı öyrənmək hərisliyi daha da artırdı.
Qoşqarda hələ lap uşaqlıqdan soyuq suya bir hərislik vardı.
2. Hərisliklə şəklində zərf – acgözlüklə, ehtirasla. Hərisliklə yemək.
– Xosrov bəy … yenə də vəhşi bir hərisliklə Zərrintac xanıma baxır…
[Nərgiz:] Bütün bu hərəkətlərimdən özüm hərisliklə ləzzət çəkirdim.