IMP

n 1. şeytan balası; 2. şeytan (dəcəl / nadinc uşaq mənasında)

IMMUTABLE
IMPACT
OBASTAN VİKİ
"Britaniya imperiyası" ordeni
Britaniya İmperiyası Ordeni (ing. Order of the British Empire) — Britaniya kralı V Georq tərəfindən 4 iyun 1917-ci ildə təsis olunmuş cəngavər ordeni. Ordenlə təltif olunanların əksəriyyəti Böyük Britaniyanın və ya digər Birlik dövlətlərinin təbəələridir. Digər ölkələrin vətəndaşları da "fəxri üzvlər" (və Britaniya vətəndaşlığını qəbul etdikdə tam üzv ola bilərlər) kimi ordenlə təltif edilə bilər. == Dərəcələri == Ordenin mülki və hərbi növünə görə 5 dərəcəsi var: Böyük xaç cəngavəri, GBE (ing. Knight Grand Cross) Cəngavər-Komandor, KBE (ing. Knight Commander) Komandor, CBE (ing. Commander) Zabit, OBE (ing. Officer) Kavaler (üzv), MBE (ing.
"Hərb" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
"Müharibə" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"İmtiyaz" medalı (Osmanlı imperiyası)
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı (rus. Медаль «За службу в собственном конвое государя императора») — 1850-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən təsis olunmuşdur.
16 Böyük Türk İmperatorluğu
16 böyük türk imperiyası (türk. 16 Büyük Türk Devleti) — 1969-cu ildə xəritələrin tərtibi üzrə məmur Akib Özbəy tərəfindən tanıdılmış, türk milliyətçiliyinə dair anlayış. 1980-ci illərdə Kənan Evrən hökuməti dövründə türk səlahiyyətlilər tərəfindən daha geniş şəkildə təbliğ olunmuşdur. Bu anlayışın təqdim edilməsindən əvvəl Türkiyə Prezidentinin forsundakı 16 ulduz Səlcuqlu imperiyasından sonra Anadoluda qurulmuş on altı bəyliyi təmsil edən simvol kimi qəbul edilmişdi. == Siyahı == Konsepsiyaya görə "16 Böyük Türk İmperiyası" bunlardır: == Qəbul == Türk yazıçısı, şair, publisist və tarixçi, pantürkizm və Turanizm ideologiyasının əsas dəstəkçisi olan Hüseyn Nihal Atsız bu siyahıya daxil olan bir sıra imperiyanın əslində qəti şəkildə müəyyənləşdirilməmiş mənşəyə sahib olduqlarını və türk mənşələrinin yalnız fərziyyə olduğunu qeyd etmişdi. Ağqoyunlular kimi bir çox həqiqi türk imperiyası bu siyahıdan kənarda qalmışdı. Bu səbəblərdən o, siyahını "uydurmadan başqa bir şey" olmadığını qeyd etmişdir. Atsızın tənqidlərinə baxmayaraq, bu konsepsiya, 1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra qüvvəyə minən Kənan Evrən prezidentliyi dövründə türk-islamçı sintezinin türk milliyyətçiliyinin əsas komponenti elan edilməsi ilə türklərin əsas milli ideologiyasına çevrilmişdir. Yazıçı Reha Oğuz Türkqanın (1920-2010) rəhbərliyi altında əvvəlcə təqvim, sonra bir sıra markalar buraxılmışdır. Bundan sonra qədim türk dövlətlərinin bayraqlarının bu rəsmləri nüfuzlu Türkiyə Tarix Qurumu konfransında təqdim edilmişdir.
16 böyük türk imperiyası

3-cü Ordu (Osmanlı imperiyası)
3-cü Ordu Osmanlı Ordusunun tabeçiliyində olan ordulardan biri olmuşdur. İlk əvvəl Balkan ərazisində qurulsa da, sonradan dövlətin şimal və şərq hissələrini müdafiə etməyə cavabdeh olmuşdur. Balkan yarımadasında yerləşdiyi dövrdə 1908-ci ildə baş vermiş Yeni Türk İnqilabını dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etmişdir. Ordu mərkəzi müharibəyə qədərki dövrdə Selanik şəhəri olmuş, müharibə dövründə isə Ərzurum qalasına köçürülmüşdür. Məşhur zabitləri sırasında Ənvər Paşa və Mustafa Kamal Atatürk vardır. Birinci dünya müharibəsi ərzində Rus Qafqaz Ordusu, erməni könüllü diviziyaları və erməni milislərinə qarşı döyüşmüşdür. Bu dövrdə Sarıqamış döyüşündə ağır məğlubiyyətə uğramış, həmçinin Köprüköy və Ərzurum döyüşlərində də ərazi itirmişdir.
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur. == Həmçinin bax == 300 spartalı (film, 1962) 300 spartalı (film, 2007) == İstinadlar == == Xarici keçidlər == warnerbros.com/300-rise-empire — 300: Bir imperiyanın yüksəlişinin rəsmi saytı 300: Bir imperiyanın yüksəlişi — Internet Movie Database saytında.
31 mart hadisəsi (Osmanlı imperiyası)
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
9-cu Ordu (Osmanlı imperiyası)
9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur. == Birinci dünya müharibəsi == === iyun 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa) 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa) 9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya 4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa) 5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya Müstəqil Süvari briqadası === sentyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası == Mudros müqaviləsindən sonra == === noyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 3-cü Qafqaz diviziyası (Axıska) 9-cu Qafqaz diviziyası (Ərzincan) 10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir) 11-ci Qafqaz diviziyası (Xoy) 36-cı Qafqaz diviziyası (Gümrü) 12-ci Qafqaz diviziyası (Sərdarabad) Müstəqil Süvari briqadası === 9-cu Ordu Müfəttişliyi, may 1919-cu il === 1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir.
Acacia implexa
Acacia implexa (lat. Acacia implexa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Tasmaniyaa qədər yayılmışdır.
Acacia impressa
Acacia penninervis (lat. Acacia penninervis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia impressa Lindl. Acacia penninervis Sieber Acacia penninervis var. impressa (Lindl.) Domin Acacia penninervis var. lanceolata R.T.Baker Acacia penninervis var. penninervis Acacia penninervis var.
Acacia penninervis var. impressa

Acherontia atropos imperfecta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Achillea impatiens
Achillea impatiens (lat. Achillea impatiens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aerika İmperiyası
Aerika imperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika imperiyası"ndan götürülüb. 2000-ci ildə "The New York Times" qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir. İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir. Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika imperiyasının əsası 8 may 1987-ci ildə kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və imperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı.
Aerikan İmperiyası

Akmola vilayəti (Rusiya imperiyası)
Aqmola vilayəti (rus. Акмо́линская область), 1918—1920 illərdə Omsk vilayəti (rus. Омская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Alca impennis
Pinguinus impennis (lat. Pinguinus impennis) — pinguinus cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Auk Egg Auction Time Magazine, November 26, 1934.
Aleksandra imperator rus-müsəlman qız məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Almaniya ordusu (Almaniya imperiyası)
Almaniya Ordusu (alm. Deutsches Heer‎) Almaniya İmperiyasının quru və hava qüvvələri idi. 1871-ci ildə Almaniyanın Prussiyanın rəhbərliyi altında yenidən birləşməsi əsnasında quruldu və Birinci Dünya müharibəsində Noyabr inqilabı nəticəsində Almaniyanın məğlubiyyətindən sonra ləğv edildi.
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!