İMPERİALİST
İMPERİYA
OBASTAN VİKİ
İmperializm
İmperializm və ya ekspansionizm — Bir dövlətin və ya millətin öz maraqlarına uyğun olaraq digər dövlətlərə və ya millətlərə təsir etmək cəhdidir. Təsir edən dövlət təsirə məruz qalan dövlətin resurslarından "bəhrələnmək" hüququna malikdir. Diktatura hakimiyyəti mərkəzləşdirilmiş hökumət və özbaşına idarəetmə üsulları deməkdir. Bu istifadədən başqa, 1830-cu illərdə Fransada Napoleon imperiyasına heyran olanları, 1848-ci ildən sonra isə III Napoleonun səhv idarəçiliyini ifadə etmək üçün istifadə edilmişdir. 1870-ci illərdə İngiltərədə imperializm anlayışından istifadə geniş vüsət almışdır. İmperializm öz tənqidçiləri tərəfindən əxlaqi və əxlaqsız qınaqlara məruz qalmışdır və beləliklə, "imperializm" termini beynəlxalq təbliğatda tez-tez ekspansionist və təcavüzkar xarici siyasət üçün alçaldıcı termin kimi istifadə olunur. "İmperializm" sözü latın "imperium" sözündən götürülüb, "üstün güc" və ya "suverenlik" deməkdir. İlk dəfə 1870-ci illərdə Böyük Britaniyada geniş istifadə olunmağa başlayıb və mənfi mənada istifadə olunub. Alimlər imperializmin dəqiq mənasını müzakirə etdilər, lakin bu, ümumiyyətlə 19-cu və 20-ci əsrlərdə Asiya və Afrikada qərb və Yaponiyanın siyasi və iqtisadi gücünün hökmranlığına istinad edir. Edvard Səid kimi bəzi yazıçılar bu termini imperiya mərkəzinə və periferiyaya əsaslanan istənilən hökmranlıq və tabelik sistemini, o cümlədən nominal imperiyalar və neokolonializmi təsvir etmək üçün daha geniş şəkildə istifadə edirlər.
İqtisadi imperializm
Müasir iqtisadiyyatda iqtisadi imperializm həyatın iqtisadiyyatdan kənar aspektlərinin, o cümlədən cinayət, qanun, ailə, qərəz, zövq, irrasional davranış, siyasət, sosiologiya, mədəniyyət, din, müharibə, elm və tədqiqatın iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir. Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur. Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.
Mədəniyyət imperializmi
Mədəniyyət imperializmi imperyalizmin mədəni aspektlərini əhatə edir. Imperializm burada fərqli sivilizasiyalar arasında qeyri-bərabər münasibətlərin yaranması və davam etməsini, eyni zamanda daha güclü sivilizasiyanın üstün olduğunu izah edir. Beləliklə, mədəni imperializm, siyasi və ya iqtisadi cəhətdən güclü bir millətin zəif cəmiyyətlərin üzərində öz mədəniyyət dəyərlərini tətbiq etmək prinsipi və ya mədəni hegemoniyasıdır. Bu termin daha çox tarix, mədəniyyət tədqiqatları və müstəmləkəçilik-sonrası nəzəriyyələri sahələrində tətbiq olunur. Mədəniyyət imperializmi mədəni hegemoniyanı möhkəmləndirdiyinə görə münasibət, formal siyasət və ya hərbi əməliyyatlar kimi müxtəlif formaları ola bilər. Con Tomlinson "Mədəniyyət imperializmi" adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını və 1970-ci illərdən başlayaraq tədqiqat başlığı kimi gündəmə gəldiyini iddia etmişdir. Bundan əvvəl isə "media imperializmi", "struktur imperializmi", "mədəni asılılıq və hökmranlıq", "mədəni sinkronizasiya", "elektron müstəmləkəçilik", "ideoloji imperializm" və "iqtisadi imperializm" kimi terminlər eyni əsas anlayışı təsvir etmək üçün istifadə olunmuşdur. Müxtəlif alimlər bu terminə fərqli izahatlar verirlər. Amerika mətbuatının tənqidçisi Herbert Şiller yazırdı: "Bu gün mədəni imperializmin konsepsiyası (1975) bir cəmiyyətin müasir dünya sisteminə gətirildiyi proseslərin cəmini və bu proses nəzdində öz dəyərləri və quruluşunu ictimai qurumlara cəlb etməklə, təzyiqlə məcburi və ya manipulasiya ilə yaymasını bildirir. Yayma prosesində ictimai mediyanın rolu çox böyükdür və demək olar ki ən təsirli alətlərdən biridir Buna görə də, bu təsiri idarə etmək üçün çox vaxt hakim qüvvələr yayımları kommersiyalaşdırıllar.

Digər lüğətlərdə