Müasir iqtisadiyyatda iqtisadi imperializm[1][2] həyatın iqtisadiyyatdan kənar aspektlərinin,[3][4][5][6][7] o cümlədən cinayət[8], qanun[9], ailə[10], qərəz[11], zövq[12], irrasional davranış[13], siyasət[14], sosiologiya[15], mədəniyyət[16], din[17], müharibə[18], elm[19] və tədqiqatın[19] iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir.[20]
Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə[21] təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən[22] metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur.[23] Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.[21][24]