İNDİRİM
İNFİLAK
OBASTAN VİKİ
İneke Botter
İneke van Şoor
İneke van Şoor (d. 6 noyabr 1995) — Belçikanı təmsil edən akrobatika gimnastı. İneke van Şoor 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == İneke van Şoor 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Kaat Dumarey və Julie van Qelder ilə birgə üç qızıl medal qazandı.
İnekspressibl
İnekspressibl (ing. Inexpressible Island) — Cənub okeanı, Ross dənizinin Terra-Nova körfəzində yerləşən qayalıqdan ibarət olan ada. Ada romb formasına malikdir. Şimaldan cənuba uzanmış formadadır. Onun uzunluğu 13 km, eni isə 4 km təşkil dir. Sahəsi təqribi olaraq 26 km²-dir. Nisbətən hündür hisssin adanın şimalında yerləşir hündürlüyü 270 metrdir. Ada 1912-ci ildə Robert Skottun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Ekspedisiya bir necə qrupa bölünərək Antarktida ərazisinə hərəkət edərkən, Viktor Kempbell yeni adanı kəşf edir. İlk əvvəllər adanı "Cənub öndağlığı" adlandırır.
Təyin olunmuş ineksiya yerləri
Təyin olunmuş ineksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır. Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi ineksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər. Bu tip mərkəzlərin fəaliyyət göstərməsi ölkələrin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş ineksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri əsasən narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixoloji dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.