İnekspressibl (ing. Inexpressible Island) — Cənub okeanı, Ross dənizinin Terra-Nova körfəzində yerləşən qayalıqdan ibarət olan ada. Ada romb formasına malikdir. Şimaldan cənuba uzanmış formadadır. Onun uzunluğu 13 km, eni isə 4 km təşkil dir. Sahəsi təqribi olaraq 26 km²-dir. Nisbətən hündür hisssin adanın şimalında yerləşir hündürlüyü 270 metrdir. Ada 1912-ci ildə Robert Skottun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Ekspedisiya bir necə qrupa bölünərək Antarktida ərazisinə hərəkət edərkən, Viktor Kempbell yeni adanı kəşf edir[1]. İlk əvvəllər adanı "Cənub öndağlığı" adlandırır. Viktor Kempbell öz qrupu ilə birlikdə buz mağarasında qalırlar. Buzların qalınlığı səbəbindən Terra Nova gəmisi adaya yan ala bilmir. Yaranan çətinliklər ilə əlaqədar adanın adı dəyişdirilir[2][3]. Ekspedisiya qrupunun 1912-ci ilin mart ayından sentyabrına qədər qaldıqkarı mağara tarixi obyekt kimi qorunur. Burada hətta taxta lövhə belə yerləşdirilmişdir. Mağarada ekspedisiya üzvlərinin qidalandığı suitilərin sümüklərini belə görmək olar[4][5].
İnekspressibl adası | |
---|---|
ing. Inexpressible Island | |
Ümumi məlumatlar | |
Sahəsi | ≈26 km² |
Uzunluğu |
|
Eni | 4 km |
Hündür nöqtəsi | 271 m |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
74°54′00″ c. e. 163°41′00″ ş. u. | |
Ölkə | Antarktida |
Akvatoriya |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |