İneke Botter

İneke BotterBakcell-in baş direktoru.

İNEKE BOTTER

İneke Botter maliyyə və telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Korporativ və beynəlxalq hüquq üzrə universitet təhsili olan İ. Botter maliyyə sahəsində fəaliyyətinə 1980-cı illərdə AmsterdamLondonda başlamışdır.

1991-ci ildə İneke Botter ilk mobil telekommunikasiya şəbəkəsi olan KPN üçün Ukrainian Mobile Communications şirkəti üçün lisenziya almaq məqsədilə Ukraynanın Kiyev şəhərinə gəlmişdir. 1992-ci ildə o, Macarıstanın Budapeşt şəhərinə gələrək, Pannon GSM-də Hüquq və Təchizat üzrə direktor vəzifəsində çalışmağa başlamışdır. Macarıstanda iki il işlədikdən sonra o, İsveçrədə KPN-in birgə müəssisəsi olan UniSource Mobile şirkətində işə başlayaraq, müxtəlif ölkələrdə Biznesin İnkişafı sahəsində fəaliyyətlə məşğul olmağa başlamışdır.

1995-ci ildə xanım Botter Mobil Kommunikasiyalar şöbəsinin rəhbəri kimi Czech Telecom şirkətinə işə qəbul olunmuşdur və 1998-ci ilin əvvəlinədək Praqada işləmişdir. Daha sonra o zaman Honq Konqun Hutchison Whampoa şirkətinə məxsus Orange şirkətində fəaliyyətə başlamışdır. O, 1999-cu ilin sonunadək Orange Switzerland şirkətində Şəbəkənin genişləndirilməsi üzrə Baş menecer kimi çalışmışdır.

2000-ci ildə Botter Amsterdamda Versatel Telecom NV şirkətində Naqilsiz Rabitə üzrə icraçı direktor vəzifəsində çalışmaq üçün Niderlanda geri dönmüş və eyni zamanda Orange şirkətinin müxtəlif kompaniyalarında İdarə heyətinin üzvü vəzifəsində çalışmışdır. 2001-ci ildə o, İsveçin Stokholm şəhərinə gələrək 3 il Hutchison şirkətinin digər yeni layihəsində Texniki və Əməliyyat üzrə Direktor vəzifəsini tutmuşdur.

O, Kosovonun Pristina şəhərində BMT-nin Kosovo Poçt və Telekommunikasiya (Post and Telecommunications Kosovo – PTK) şöbəsinin müdiri kimi çalışmış və sonra Livana gedərək, 2004-cü ilin ortalarından Livan dövləti ilə idarəçilik haqqında müqavilənin müddəti bitənədək, yəni 2008-ci ilədək FDT tərəfindən idarə olunan Alfa şirkətində İcraçı Direktor vəzifəsində çalışmışdır.

Bakcell Ltd-də Baş Direktor vəzifəsində çalışmaq üçün Azərbaycana gəlmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]