1. Hərəkətin istiqamətinə görə qabağa, qabaq tərəfə (geri əksi). İrəli yerimək. İrəliyə addımlamaq. İrəli çıxmaq. İrəli sürmək.
□ İrəli vermək – 1) qabağa vermək, qabağa uzatmaq. Tüfəngi irəli vermək;
2) qabağa itələmək, qabağa çıxartmaq. Uşağı irəli verdim.
// Sif. mənasında. Qabaq, ön. Məktəbin irəli tərəfi güllükdür.
// İrəlidəki şəklində – öndə olan, qabaqda olan. İrəlidəki dəstə sürətlə qaçırdı.
// Qabaq tərəfə, qabağa (bəzən irəliyə şəklində).
// İrəlidən şəklində – qabaqdan, öndən, qarşıdan.
2. Əvvəl, qabaq.
// Tez. Hamıdan irəli gəldi.
□ Bundan irəli – 1) …əvvəl, …qabaq.
2) keçmişdə, keçmiş zamanda, əvvəllər, qabaqlar.
// İrəlilər, irəlilərdə şəklində – keçmişdə, qabaqlar, əvvəllər.
3. İrəlini şəklində – gələcəyi, sonranı, qabağı, gələcək zamanı (dövrü, şəraiti və s.-ni). İrəlini nəzərə almaq. İrəlini düşünmək. Rəhbərlik etmək üçün irəlini görmək lazımdır.
// İrəlidə şəklində – 1) qabaqda, öndə, qarşıda;
2) qabaqda, sonra. Bu xüsusda söhbət irəlidə gedəcəkdir.
// Gələcəkdə, qarşıda. İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.
◊ İrəli atmaq – ortalığa atmaq, irəli sürmək, müzakirəyə qoymaq. Onu gözəl tanıyır və həmişə qabaqda getdiyini, yeni təşəbbüslər irəli atdığını yaxşı bilirdilər.
İrəli düşmək – 1) bir işdən qazanc əldə etmək, xeyir görmək, mənfəət götürmək.
2) başqasından daha tez hərəkət etmək, müvəffəqiyyət əldə etmək, qabaqlamaq. O, məndən irəli düşdü.
İrəli çəkilmək – başqalarının arasından seçilib daha məsul işə, vəzifəyə təyin edilmək.
İrəli çəkmək – 1) başqalarının arasından seçib daha məsul işə, vəzifəyə qoymaq. Onu məktəb müdiri vəzifəsinə irəli çəkmişdilər;
2) ortaya atmaq, irəli atmaq.
3) inkişaf etmək, tərəqqi etmək, artmaq. [Bədirnisə:] Bu, çox yaxşı qızdır.
İrəli gəlmək – 1) əmələ gəlmək, yaxşılaşmaq, düzəlmək. Uşaq günbə-gün irəli gəlir.
2) törəmək, doğmaq, meydana çıxmaq, baş vermək. Nöqsanlar diqqətsizlikdən irəli gəlmişdir.
İrəli sürmək – müzakirə, məlumat və s. üçün təklif etmək, ortaya atmaq. İttiham irəli sürmək. Tezis irəli sürmək. Namizədlər irəli sürmək.
İrəlidə getmək – 1) qabaqcıl olmaq, birinci yeri tutmaq, başqalarını ötüb keçmək. Yarışda irəlidə getmək;
2) yol göstərmək, başçılıq etmək, qabaqda getmək.