"İrəli" İctimai Birliyi

"İRƏLİ" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı.

"İrəli" İctimai Birliyi
İrəli İB
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 26 avqust 2005
Qeydiyyat tarixi 19 fevral 2009
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Azərbaycan Azərbaycan
Sədr Şahin Rəhmanlı
Üzvləri 5 000 nəfərdən çox (2020)
www.ireli.az

"İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu.

Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib.

İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib.

27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib. İrəli İctimai Birliyinin yeni sədri üçün seçki prosesində təşkilatın üzvüləri yekdilliklə Mirhəsən Seyidovu təşkilatın yeni sədri olaraq seçiblər. O vaxta kimi Mirhəsən Seyidov Azərbaycan Respulikası Gənclər Təşkilatlarının sədr müavini vəzifəsində işləmişdir. Mirhəsən Seyidov 19 dekabr 2016-cı ildə keçirilən V Hesabat-seçki komfransında açıq səs vermə nəticəsində idarə heyətinin sədri təyin edilib.

25 dekabr 2017-ci il tarixində təşkilatın hesabat konfransı keçirilib.

25 dekabr 2018-ci ildə İrəli İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib. Səs çoxluğu ilə Mirhəsən Seyidov idarə heyətinin rəhbəri seçilib.[1][2]

19 may 2020-ci ildə onlayn formatda "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib. Konfransda ilk olaraq "İrəli" İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb. İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.

  • Azərbaycan Respublikasının inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq;
  • Gənclərə vətənpərvərlik hislərinin aşılanmasına şərait yaratmaq; 
  • Milli-mədəni dəyərlərin qorunmasını təmin etmək;
  • Gənclərin fərdi inkişafında yardımçı olmaq.

İrəli İctimai Birliyinə üzvlük fərdi və kollektiv qaydada həyata keçirilir. 2019-cu ilin may ayına olan məlumatlara görə 5 000 nəfərdən çox gənc "İrəli"-nin üzvüdür. Təşkilata üzvlük müraciət əsasında həyata keçirilir. "İrəli" İctimai Birliyi seçkili orqandır, ali orqanı konfrans hesab olunur. Birlik hər il hesabat konfransı keçirir, fəaliyyəti haqqında ictimaiyyətə hesabat verir. Hər iki ildən bir isə Birliyin hesabat-seçki konfransı keçirilir.

Hesabat-seçki konfransında Birliyin İdarə Heyətinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının seçkisi keçirilir. Birliyin ümumi fəaliyyətinə İdarə Heyətinin sədri rəhbərlik edi

İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]
  • İdarə Heyətinin sədri – Şahin Rəhmanlı
  • İdarə Heyətinin üzvü – Fatimə Məsimli
  • İdarə Heyətinin üzvü – Əfsanə Şükürova
  • İdarə Heyətinin üzvü – Elvin Səhətbəyli
  • İdarə Heyətinin üzvü – Orxan Rüstəmov
  • İdarə Heyətinin üzvü – Kənan Əliyev
  • İdarə Heyətinin üzvü – Azər Əmirov
  • İdarə Heyətinin üzvü – Elmar Məmmədov
  • İdarə Heyətinin üzvü – Anar Qurbanov

"İrəli" Radio 10 oktyabr 2010-cu ildə fəaliyyətə başlayıb. Radionun məqsədi Azərbaycan musiqi və mədəniyyətini dünya miqyasında təbliğ etmək, aktiv gəncləri bu sahədə birləşdirməkdir. Hazırda "İrəli" gəncləri müxtəlif sahələrdə verilişlər təşkil edərək həm təcrübə qazanır, həm də birliyin fəaliyyətinin bu istiqamət üzrə daha çox gəncə çatmasına şərait yaradırlar.

İrəli İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Gənclər siyasətinə töhfə vermək məqsədilə fəaliyyətinin 2014–2024-cü illər ərzində 27 geniş tərkibli layihə həyata keçirmişdir. "Mənim Gənclər Təşkilatım", "Şəxsi İnkişaf Akademiyası", "Nəzər Nöqtəsi", "Region Gənclərinin əməkdaşlıq forumu", "Gənclərin Simulyasiya Akademiyası", "Gənc Əkinçi", "Gənclər Kuboku", "Azərbaycan İntellektual Birincisi", "Marş İrəli", "Support of Azerbaijan Youth", "Münaqişə tərəfi Azərbaycan — Həqiqətlər və Reallıqlar", "Virtual Məkanda Azərbaycan" və "Milli Təcrübə Forumu", "MədəniyyətimİZ" və b. layihələri bunlara nümunədir.

2020–2021-ci illər ərzində "Ulu Öndərlə keçmiş və bu gün" adlı fotokonkurs, "Tarixin ədaləti: Cümhuriyyətdən Böyük Zəfərə Azərbaycan", "Nə? Harada? Nə zaman?" adlı tədbirlər həyata keçirilib.

"Introduction to IT", "Marş İrəli", "Gənclər Kuboku: Hərb Oyunları" layihələri baş tutmuş tədbirlər sırasındadır. "Gənclərin Siyasi Savadlılığının Artırılması", "Essentials of Social Work" layihəsi, o cümlədən, "İZ" gənclər düşərgəsi layihəsi və bir sıra digər layihələrin icrası başa çatdırılıb.

Ümumi olaraq keçirilmiş layihələr çərçivəsində 16.714 nəfərdən artıq gəncin müraciətinə baxılmışdır. Onlardan 8439 gənc birbaşa olaraq layihələrdə iştirakçı adını qazanmışdır. İştirakçıların 66%-dən çoxu region gəncləri olmuşdur. Layihələr boyunca 182 müxtəlif mövzuda təlim sessiyası təşkil edilmişdir.

İrəli İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 2014-cü ildə Göygöl şəhərində "Mənim gənclər təşkilatım" layihəsi, Bakı şəhərində keçirilən "Şəxsi İnkişaf Akademiyası" layihəsi, "Nəzər Nöqtəsi" layihələri keçirilmişdir.

"Yaşıl Standart" Sertifikatlaşdırma sistemi layihəsi çərçivəsində ilk növbədə "Yaşıl Ofis" standartları yaradılmış, bu standartlar ümumdünya təcrübəsinə əsaslanaraq hər hansı bir ofisin fəaliyyəti zamanı, ətraf mühitə vurduğu ziyanın minimuma çatdırılması üçün uyğun şəraiti formalaşdırmışdı.

Heydər Əliyev Fondunun dəstəyi ilə 28 May-28 iyun 2015-ci il tarixlərində DO! – Dostlarla Oyunlara kampaniyasına start verilmişdir. Kampaniyanın məqsədi uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına dəstək verməkdən ibarət idi.

"Xaricdən Milli Baxış" forumu, 2016-cı ildə İstanbulda "İrəli" İctimai Birliyi və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən Forumda 19 ölkədən 20 gənclər təşkilatının nümayəndələri iştirak edib.

"Region Gənclərinin Əməkdaşlıq formu" layihəsi 2016-cı il 24–27 iyunda, "İrəli" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncədə baş tutub.

"Gənclər Kuboku: Bakı 2017 İslam Həmrəlik Oyunlarına dəstək" layihəsi 10 idman növünü əhatə edən, 850 — dən artıq gəncin iştirak etdiyi və 16 ali təhsil müəssisələri arasında keçirilmiş idman çempionatıdır. Layihə 2017-ci il Mart — May aylarında keçirilmişdir.

"İRƏLİ" İctimai Birliyi 2017-ci ilin avqust ayında gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Gənclərin Simulasiya Akademiyasın" layihəsini həyata keçirib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi və "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçılığı ilə 11–14 mart 2017 tarixlərində "Keçmişdən Gələcəyə" gənclər arasında tarixi mədəni abidələrin təbliği layihəsi həyata keçirilib.

Azərbaycanın Intellektual Birincisi layihəsi artıq 3 ildir ki, həyata keçirilir. Layihə çərçivəsində keçirilən intellektual oyunlar: 1. Xəmsə 2. Nə? Harda? Nə zaman? 3. Axtar Tap 4. Vətəni tanı

"İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Milli Təcrübə Forumu"-nu həyata keçirmişdir.

Gənclər və İdman Nazirliyi nin dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə Virtual Məkanda Azərbaycan Vikipediya layihəsi həyata keçirilmişdir.

"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclər Kuboku: Hərb Oyunları" layihəsi 27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutub.

2019-cu ildə "İrəli" İctimai Birliyi "Gənclər Kuboku: Aprel Zəfəri" layihəsini həyata keçirdi.

İrəli İB 2014-cü ildə " Support of Azerbaijan Youth (SAY)" hərəkatına start vermişdir. SAY proqramının 7 iriçaplı layihəsi həyata keçirilib. "Support of Azerbaijan Youth: Könüllülük Akademiyası" layihəsi "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 15–20 dekabr, 2014-cü ildə"Gənclər Paytaxtı" seçilmiş Quba şəhərində həyata keçirilib.

"Support of Azerbaijan Youth (SAY): Green" düşərgəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "SAY" hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunub. Layihə 4–9 Avqust, 2016-cı ildə, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçirilib.

"Support of Azerbaijan Youth (SAY): Multiculturalism" düşərgəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Düşərgə 25–30 İyul, 2016-cı ildə İsmayıllı rayonunda həyata keçirilib.

"İrəli" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Volunteering Festival" (Könüllülük festivalı) layihəsi 28 sentyabr – 2 oktyabr tarixində Oğuz rayonunda baş tutub.

"İrəli" İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında – "SAY: Solidarity" layihəsini həyata keçirmişdir. SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunmuş layihə İslam Həmrəyliyinə həsr olunmuşdur. Layihə 2017-ci il iyun ayında keçirilmişdir.

"İrəli" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında – "SAY: Cümhuriyyət" layihəsini həyata keçirmişdir. SAY hərəkatının 6-cı fəaliyyəti çərçivəsində təşkil olunmuş layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Düşərgə Lənkəran şəhərində həyata keçirilmişdir 2018-ci il 8–13 avqust tarixlərində keçirilmişdir.

"İrəli" İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Gənc Əkinçi Akademiyası

[redaktə | mənbəni redaktə et]

"İrəli" İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə 3 ildir ki, "Gənc Əkinçi" Akademiyası həyata keçirilir. "Gənc Əkinçi" layihəsi 12–15 mart 2015 tarixlərində "İrəli" İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidentı yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllıda həyata keçirilib. Layihənin davamlılığı çərçivəsində, ilk mərhələdə 3 tirajda "Gənc Əkinçi"qəzeti çap olunmuşdur. "Gənc Əkinçi-2" layihəsi 2017-ci il 25–28 yanvar tarixlərində Quba rayonunda baş tutmuşdur.

2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda "Gənc Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb və bu Milli mətbuat günümüzdə reallaşıb.

Marş İrəli Layihəsi

[redaktə | mənbəni redaktə et]

"Marş İrəli" layihəsi "İrəli" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 iyun-5 iyul, 2019-cu il tarixlərində Ağdam rayonunda həyata keçirilib. 6 gün ərzində baş tutan layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 18–20 yaş aralığında 100 nəfər gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alıb, peşəkarlar, mütəxəssislərin iştirak ilə müxtəlif təlim — məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər, müzakirələr təşkil edilir.

"Marş İrəli: Goranboy" layihəsinin II mövsümü "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Layihə 2019-cu il 2–10 iyul tarixində, 220 gənclə keçirilmişdir.

"Marş İrəli: Göygöl" layihəsinin III mövsümü "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. Layihə 2021-ci il, 29 iyul — 2 avqust tarixlərində Göygöl rayinunda baş tutub.

"Marş İrəli: Naxçıvan" layihəsi "İrəli" İctimai Birliyin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib. Layihə 2021-ci il, 5–8 sentyabr tarixlərində Muxtar Respublikanın Naxçıvan şəhərində baş tutub.

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq tərəfdaşları:

  • FutureEurope Türkiyə
  • Youth for exchange and understanding Brüssel
  • MOJU Portugaliya
  • Civil Life Association — Bursa
  • European Voluntary Service — akkreditasiya

21 iyul 2015-ci il "İRƏLİ" İctimai Birliyi Avropa Komissiyasının Avropa Könüllülük Xidməti (EVS) hər iki növ proqramı üzrə akkreditasiya alıb. Akkreditasiya azərbaycanlı gənclərin xaricdə təmsilçilik, könüllü fəaliyyətinin stimullaşdırılması, ixtisas artırma iş yerlərində işlə təminat və digər məsələləri öz üzərində əsas götürür.

"İrəli" İctimai Birliyi ilə Türkiyənin ən böyük gənclər təşkilatı — "Gənc MÜSİAD" arasında iki ölkənin gənclər təşkilatları arasında layihələr keçirmək üçün əməkdaşlıq memorandumu imzalanıb.

İrəli İctimai Birliyi üzvləri 30 sentyabr 2014-cü ildə Rusiyada "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) V konfransı", 18–25 oktyabr 2015 tarixlərində Gürcüstanın Kaqvi şəhərində "Black Sea Young Diplomats", 23–25 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda "Молодежный межпарламентский форум СНГ", 21–22 noyabr 2014-cü il tarixlərində Budapeştdə "Macarıstanda Azərbaycan turizm günləri", 30 noyabr 2014 tarixində Belçikanın Brugge şəhərində "Youth for Exchange and Understanding", 30 yanvar-10 fevral 2015-ci il tarixlərində Türkiyənin Ordu şəhərində "Run and Explore", 24 aprel 2015-ci ildə Oslo şəhərində "Norvegian Azerbaijan Youth Organization", 28 aprel-6 may 2015-ci il tarixlərində Norveçin Alta şəhərində "Filling the gaps", Türkiyənin Ordu şəhərindəki "Career Magazine", 10–21 avqust 2015-ci il tarixində Trabzon şəhərində "No to Prejudiscrimination", 10–21 avqust 2015-ci il tarixlərində Trabzonda "Lets Make a Cultural Art Visible", 16–22 iyul 2015-ci il tarixlərində Rusiyanın Kaluqa vilayətində "Youth Camp "Dialogue 2015", 21–22 noyabr 2015-ci il tarixlərində Bosniya və Herseqovinanın Banya Luka şəhərində "Youth for Exchange and Understanding", 7–19 oktyabr 2015-ci il tarixində Türkiyənin Trabzon şəhərində "Living-with-Prejudices ", 2–5 sentyabr 2015-ci il tarixində Strazburq şəhərində "5-ci Ərəb-Avropa Gənclər Forumu", 18–22 may 2015 tarixində Monqolustanın Ulanbator şəhərində "13-cü Asiya Gənclər Şurasının ümumi yığıncağı", 10 iyul 2016 tarixində Koreyada"Youth Exchange", 7–19 iyul 2016 tarixində Türkiyədə "Say No to Islamophobia and Anti-Semitism", 28 iyul-8 avqust 2016 tarixində Almaniyada "Shaping Democracy Actively", 12 avqust 2016-cı il tarixində Türkiyədə "Tiny Footsteps on the beach", 2–11 sentyabr 2016 tarixində Mərakeşdə "Exchange Program", "Ekstrimizm və zorakığın qarşısının alınmasında gənclərin rolu", 12 avqust 2016-cı il tarixində Türkiyənin Hatay şəhərində ERASMUS Plus proqramı çərçivəsində təlim, 24–27 noyabr 2016 tarixində Belçikada "Youth for Exchange and Understanding İnternational", 1–2 dekabr 2016 tarixində Brüsseldə konfrans, 5–13 mart 2017 tarixində Stokholmda "Variety is the spice of life – try walking in my shoes", 15–25 iyul 2017 tarixində Trabzonda "Feel Like a European" – "Özünü Avropalı kimi hiss et" kimi layihələrdə iştirak etmişdir.

2017-ci ildə Azərbaycan ilə Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində ölkə gənclərindən ibarət nümayəndə heyəti iyulun 17-dən 26-dək bu ölkənin paytaxtı Seulda səfərdə olub.

2017-ci ilin 8–18 avqust tarixlərində azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Mərakeş Krallığına səfər edib. Səfərin əsas məqsədi Azərbaycan və Mərakeş gəncləri arasında mübadilə proqramında iştirakdır. Səfər çərçivəsində gənclər bir sıra tədbirlərdə, həmçinin, gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşlərdə iştirak ediblər.

İrəli İctimai Birliyi üzvləri 2017-ci ildə Türkiyədə "İkinci Beynəlxalq Gənclik Kampı", Rusiyada "Avrasiya Gənc Liderlər Forumu", Qazaxıstanın Aktau şəhərində "Beynəlxalq Xəzəryanı Gənclər forumu", 14–22 oktyabr 2017 tarixlərində Soçi şəhərində "XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı", 14–22 mart 2017 tarixlərində İtaliyanın Tortona şəhərində "Intercultural learning and beyond", 2017-ci ildə Misirdə "World Youth Forum", 17–27 fevral 2019-cu il tarixində Trabzonda "Woman rights- human rights", 23–25 aprel 2019-cu il tarixlərində Qazaxıstanın Türküstan şəhərində "Türk Şurasının 2-ci Gənc Liderlər Forumu", 12–15 aprel 2019-cu il tarixlərində Belçikada "The Wonderful Wizards of Youth Work", 10–12 sentyabr 2021-ci il tarixində Brüsseldə "Youth for Exchange and Understanding təşkilatının 2022–2025-ci illər üzrə stratejik planlaşdırma görüşü", 20–27 noyabr 2021-ci il tarixində Belçikada "Disconnect – Take your power back" layihələrində iştirak etmişdir.

  1. "Arxivlənmiş surət". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.
  2. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]