İZOBUTİLEN

сущ. хим. изобутилен (ненасыщенный углеводород)
İZOBUTAN
İZOGEN
OBASTAN VİKİ
İzobutilen
İzobutilen - (СН3)2С=СН2 – doymamış karbohidrogen olub, n-butilenin izomeridir. == Təbiətdə tapılması == Neftin krekinqi qazlarında olur. == Alınması == Izobutileni sənayedə maye neft məhsullarının və ya neft qazlarının katalitlk və ya termiki krekinqi və ya pirolizi üsulu ilə benzin və ya etilen istehsalında butan-buten fraksiyasından ayırmaqla alırlar. Hər üç prosesdə С4-ün çıxımı üyğun olaraq 3-10, 1-2 və 0,4-5 kütlə% təşkil edir. İzobutileni С4 fraksiyasından otaq temperaturuna yaxın temperaturlarda 65%-li sulfat turşusu ilə ekstraksiya etməklə ayırırlar (Butlerov üsulu). Ekstaksiya prosesi praktiki olaraq miqdari gedir. Prosesin yekunuda isə üçlü-butilsulfat turşusu alınır (CH3)2C=CH2 + H2SO4= (CH3)3COSO3H və onu yenidən izobutilenə çevirirlər. İzobutilenin başqa bir alınma üsulu onun butilsulfat turşusundan kəskin buxarla hidroliz etməklə ayrılmasıdır ki, nəticədə üçlü-butil spirti alınır: (CH3)3COSO3H + H2O = (CH3)3COH + H2SO4 Üçlü-butil spirtini isə 30%-li sulfat turşusu ilə dehidratasiya edərək izobutilen alırlar. Lakin bu üsul sulfat turşusunun regenerasiya prosesinin bahalığı səbəbindən az tətbiq olunur. Daha effektiv üsul ondan ibarətdir ki, izobutilenin 65%-li turşu ilə ekstraksiyası zamanı alınan reaksiya mayesini su ilə turşunun qatılığı 45% olana qədər durulaşdırırlar.