İzobutilen

İzobutilen - (СН3)2С=СН2 – doymamış karbohidrogen olub, n-butilenin izomeridir.

İzobutilen
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C4H8, (СН3)2С=СН2
Molyar kütlə 56.11 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 0.5879 °S
Qaynama nöqtəsi -6.9 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 115-11-7
PubChem
SMILES CC(=C)C
RTECS UD0890000
ChEBI 43907
BMT nömrəsi 1055
ChemSpider

Təbiətdə tapılması

[redaktə | mənbəni redaktə et]

Neftin krekinqi qazlarında olur.

Izobutileni sənayedə maye neft məhsullarının və ya neft qazlarının katalitlk və ya termiki krekinqi və ya pirolizi üsulu ilə benzin və ya etilen istehsalında butan-buten fraksiyasından ayırmaqla alırlar. Hər üç prosesdə С4-ün çıxımı üyğun olaraq 3-10, 1-2 və 0,4-5 kütlə% təşkil edir. İzobutileni С4 fraksiyasından otaq temperaturuna yaxın temperaturlarda 65%-li sulfat turşusu ilə ekstraksiya etməklə ayırırlar (Butlerov üsulu). Ekstaksiya prosesi praktiki olaraq miqdari gedir. Prosesin yekunuda isə üçlü-butilsulfat turşusu alınır

  • (CH3)2C=CH2 + H2SO4= (CH3)3COSO3H

və onu yenidən izobutilenə çevirirlər. İzobutilenin başqa bir alınma üsulu onun butilsulfat turşusundan kəskin buxarla hidroliz etməklə ayrılmasıdır ki, nəticədə üçlü-butil spirti alınır:

  • (CH3)3COSO3H + H2O = (CH3)3COH + H2SO4

Üçlü-butil spirtini isə 30%-li sulfat turşusu ilə dehidratasiya edərək izobutilen alırlar. Lakin bu üsul sulfat turşusunun regenerasiya prosesinin bahalığı səbəbindən az tətbiq olunur. Daha effektiv üsul ondan ibarətdir ki, izobutilenin 65%-li turşu ilə ekstraksiyası zamanı alınan reaksiya mayesini su ilə turşunun qatılığı 45% olana qədər durulaşdırırlar. Daha sonra bu məhlulu aşağı təzyiq altında qızdırmaqla təmiz izobutileni ayırırlar və onu qələvi məhlulu il yuyaraq soyutmaq yolu ilə spirtdən ayırdıqdan sonra su ilə yuyurlar və nəhayət, təzyiq altında mayeləşdirirlər. Union Carbide firması izobutilenin butan-butilen fraksiyasından seolitlər üzərində adsorbsiya etməklə alınması üsulunu işləyib hazırlamışdır. Bu prosesdə həmçinin butileni də ayırırlar ki, onu da izomerləşdirərək izobutilen alırlar. Izobutilenin digər bir alınma üsulu izobutanın dehidrogenləşdirilməsindən ibarətdir.

Izobutilen izooktanın, metakroleinin, sintetik qatranların alınması üçün tətbiq olunur. Spirtlərlə reaksiyasından motor yağlarına əlavələr kimi tətbiq olunan sadə üçlü-butil efirləri (MTBE, ETBE və s.) alına bilir. Formaldehidin izobutilenə birləşməsi və sonra dehidratlaşması sintetik kauçuk istehsalında istifadə olunan izoprenin sintezinin sənaye üsullarından biridir.

  • Н.А.Платэ, Е.В.Сливинский. Основые химии и технологии мономеров. - Москва: «Наука», МАИК «Наука/Интерпериодика», 2002.- 696 с. - ISBN 5-02-006396-7.