işıqəksetdirmə 2021
işıqgizlətmə 2021
OBASTAN VİKİ
İşıqfor
İşıqfor, Yol işığı və eləcə də danışıq dilində Svetofor (rus. cветофор) — yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə nəqliyyat tənzimləmə vasitəsidir. Yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır. 5 avqust Beynəlxalq İşıqfor Günüdür. == Tarix == İşıqfor 1868-ci ildə ilk dəfə olaraq London, İngiltərədə quraşdırılmışdır. Onun yaradıcısı ixtisasca mühəndis olan Jon Pik Nayt idi. İlk işıqfor sadə quruluşa malik olub əllə idarə olunurdu və 2 oxdan ibarət idi. Oxlar xüsusi qayış ilə yaxınlıqdakı polis əməkdaşını tərəfindən idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi.