İşıqfor

Portsmouth, Birləşmiş Krallıqda bir LED işıqfor

İşıqfor, Yol işığı və eləcə də danışıq dilində Svetofor (rus. cветофор) — yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və nəqliyyatın idarə edilməsi üçün lazım olan digər yerlərdə nəqliyyat tənzimləmə vasitəsidir. Yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır. 5 avqust Beynəlxalq İşıqfor Günüdür.

İşıqfor 1868-ci ildə ilk dəfə olaraq London, İngiltərədə quraşdırılmışdır.[1] Onun yaradıcısı ixtisasca mühəndis olan Jon Pik Nayt idi.

İlk işıqfor sadə quruluşa malik olub əllə idarə olunurdu və 2 oxdan ibarət idi. Oxlar xüsusi qayış ilə yaxınlıqdakı polis əməkdaşını tərəfindən idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi. Lakin gecələr bu üsul işə yaramırdı.

Sonrakı işıqforlar qaz lampası ilə çalışırdı. Qırmızı rəngli şüşədəki qaz lampasının yanması durmanı, yaşıl rəngli isə hərəkəti göstərirdi. Lakin bir müddət sonra qaz fanarı partlayaraq polisi ağır yaralayır və bu səbəbdən bir neçə il işıqfordan istifadə edilmir.

Elektriklə çalışan ilk işıqforun yaradıcısı 1912-ci ildə ABŞ-nin Yuta ştatından olan Lester Vayt oldu. Onun yaratdığı işıqforda iki — qırmızı və yaşıl rəng var idi. Lakin Lester Vayt bu qurğunun patentini ala bilmir.

1914-cü ildə amerika işıqfor istehsalı şirkəti eyni vaxtda 4 elektrik işıqforu quraşdırdı. Bu işıqforlarda rənglə yanaşı səs siqnalları da var idi. Bu işıqforların yaradıcısı Ceyms Hoq idi. İşıqforun idarəsi yaxınlıqdakı şüşə kabində oturan polis tərəfindən olunurdu.

İlk 3 rəngli işıqfor isə 1920-ci ildə eyni vaxtda Nyu York və Detroytda quraşdırılmışdır. Yaradıcıları isə Jon F. Xarris və Uilyam Potts idi.

İşıqfor quraşdırılan ilk Avropa ölkəsi 1922-ci ildə Fransa olmuşdur. İşıqforun vətəni sayılan İngiltərə isə elektrik işıqforunu yalnız 1927-ci ildən istifadə etməyə başlamışdır.

Keçmiş Sovetlər İttifaqında isə işıqfor ilk dəfə 1930-cu il 25 Oktyabrda Leniqradda (Sankt Peterburq) quraşdırılmışdı.

Küçə və yol işıqforları

[redaktə | mənbəni redaktə et]

Müəyyən ardıcıllıqla qırmızı, sarıyaşıl rənglə işıqlanan qurğu avtomobillərinpiyadaların hərəkətini nizamlayır. Bütün rənglərin içində məhz bu üç rəng ən uzun spektr dalğasına malikdir. Buna görə də onlar uzaq məsafədən aydın görünür.

  • Yaşıl işıq: əlaqədar istiqamətdə nəqliyyatın açıla biləcəyini,
  • Sarı işıq: işığın yaşıldan qırmızıya, ya da qırmızıdan yaşıla dəyişmək üzrə olduğunu,
  • Qırmızı işıq: nəqliyyatın dayanmalı olduğunu göstərir.

Bəzi ölkələrdə sarı rəngi narıncı əvəzləyir. Avtomobil sayı artdıqca işıqforlar da inkşaf edir. Son dönəmlərdə dünya LED (Light Emitting Diode – işıq saçan diod) sistemli işıqforlara keçir.[2] Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır.

Yolayrıclarında təkcə ümumi yol üzrə deyil, həmçinin yoldakı ayrı-ayrı zolaqlar üzrə hərəkəti də müəyyən etməyə imkan verən işıqforlar quraşdırılır. Yəni işıqfor eyni istiqamətdə həm sağ, həm də sol zolaq üzrə ayrıca hərəkəti göstərir.

Rəqəmsal işıqforlarda göstərici nişanların yanıb-sönməsi saniyə ilə ölçülür.

Dəmiryolu üçün

[redaktə | mənbəni redaktə et]

Dəmiryol keçidlərində hərəkətin təhlükəsizliyi üçün quraşdırılır. Avtomobillərinqatarların hərəkətini nizamlayır. Standart küçə və yol işıqforlarından fərqli olaraq qırmızı və yaşıl rənglə işıqlanan qurğu olur. Bəzi ölkələrin işıqforlarında qırmızı yananda qurğu paralel olaraq xüsusi səs siqnalı ilə yaxınlaşan qatar haqqında sürücüləri xəbərdar edir.

  1. Anticiperende netwerkregelingen Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine. (PDF).
  2. "Arxivlənmiş surət". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]