JAZZ

n mus. caz; modern ~ müasir caz; traditional ~ ənənəvi caz

JAY
JAZZY
OBASTAN VİKİ
Jazz
New Orleans Jazz — Utah Jazz — Lider Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Montrö jazz festivalı — festival. Jazz Club Vibrato — klub. Jazz Club "Zinko" — klub.
Jazz FM
Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. «LiderJazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi. Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Jazz band
Caz orkestri — orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914–1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.
Jazz-Iz-Christ
Jazz-Iz-Christ — erməni-amerikan müğənnisi Serj Tankyanın rəhbərlik etdiyi qrup Jazz-iz Christ debüt studiya albomu. Albom 23 iyul 2013-cü ildə Serjical Strike Records leyblı tərəfindən buraxıldı. Albom üzərində tanınmış pianoçu Tiqran Hamasyan, flautist Valeri Tolstov və truba ifaçısı Tom Dupreyin böyük əməyi var. Bundan əlavə albomda Stüart Koupeland və aktyor / musiqiçi Devid Alpay və Vinsent Pedullanın ifaları yer alıb. Tankyanın əvvəlki diskoqrafiyasından fərqli olaraq, 15 trekdən yalnız 4-ü ("Distant Thing", "Song of Sand", "Garuna", and "Miso Soup") Serjin vokallarından ibarətdir. Qadın vokalçının yer aldığı "End of Time" istisna olmaqla, qalan bütün treklər instrumental əsərləridilər.
Lider Jazz FM
Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. «LiderJazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi. Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Samira Jazzy

Digər lüğətlərdə