Samira Jazzy

Samira Jazzy (Samirə Rəcəbli, tam adı: Samirə Rəcəbəli qızı Rəcəbli; d. 1 dekabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müğənnisi, back vokalist, [1] səs aktyoru.[2]

Samira Jazzy
Samirə Rəcəbəli qızı Rəcəbli
Ümumi məlumatlar
Doğum adı Samirə Rəcəbli
Ləqəbi Jazzy
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
səs aktyoru
Fəaliyyət illəri 2000–
Janrlar Pop, Jazz, Blues, Soul, R&B, Funk, Azərbaycan pop musiqisi, Azərbaycan klassik musiqisi
Təhsili Azərbaycan Beynəlxalq Universiteti (1998–2002)
Mükafatları "Simurq" (2021)

1999-cu ildən bəstəkar və pedaqoq Nailə Mirməmmədlidən vokal dərsləri alıb və 2004-2005-ci illər arasında onun yaratdığı "Kapriz" qrupunun solistlərindən biri olub.

Samira Jazzy səs aktyorudur. Televiziya və radioda yayımlanan reklam çarxları, çağrı mərkəzləri, sənədli filmlər, cizgi filmləri, tədqimat videolarında Samiranın səsini eşitmək olar. Eyni zamanda o, ölkənin nəqliyyat sektorunun bələdçi səsidir. Samira Jazzy 2021-ci ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində keçirilən Simurq 2021 qala gecəsində il ərzindəki aktiv fəaliyyətinə görə "Simurq 2021" mükafatına layıq görülüb.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Samira Jazzy, tam adı ilə, Samirə Rəcəbəli qızı Rəcəbli 1 dekabr 1980-ci il tarixində Bakı şəhərində doğulub. Uşaqlıqdan musiqi duyumu ilə fərqlənib, uşaqlıqdan eşitdiyi musiqiləri pianoda ifa etməyə başlayıb.[2]

6 yaşında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinifinə qəbul olunub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin filologiya fakültəsi – ingilis dili tərcüməçisi üzrə təhsil alıb.[3] Tələbəlik illərində universitetin mədəni kütləvi tədbirlərində iştirak edib. Belə ki, öncə “Ladies” komandasının tərkibində “7 Gözəl” layihəsində çıxış edib, daha sonra isə Şən və hazırcavablar klubunun “ABU” komandasında 3 dəfə ölkə çempionluğunu qazanıb.[2]

1999-cu ildən bəstəkar və pedaqoq Nailə Mirməmmədlidən vokal dərsləri alıb və 2004-2005-ci illər arasında onun yaratdığı "Kapriz" qrupunun solistlərindən biri olub.[4][5][6]

Karyerası[redaktə | mənbəni redaktə et]

Samira Jazzy Back vokalistdir.[7] Abbas Bağırovun "Yeni il gəlir" (2002), Rüfət Mehdiyevin "Odlar yurdum" (2003), Elmir Dəyirmanın "Tək sənə görə" (2015), Mahir Zeynalovun "Yandım" (2016), Amil Həsənoğlunun "O gözlər" (2017), Cavid Məmmədovun "Saçlarının ətri", "Bir gün" (2019) və Fuad Musayevin "Xəzərin sahilində" mahnılarının back vokalında onun səsini eşitmək olar.[2][8][9][10][11][12][13][14][15]

2008-ci ildən dublyaj və səsləndirmə sahəsinin tanınan səslərindən hesab olunur.[16] Televiziya və radioda yayımlanan reklam çarxları, çağrı mərkəzləri, sənədli filmlər,  cizgi filmləri, radio jingle'lar, tədqimat videolarında Samiranın səsini eşitmək olar.[17][18] Eyni zamanda o, ölkənin nəqliyyat sektorunun bələdçi səsidir.[2][16][19][20][21]

2017-ci ildə Coşqun Qadaşovun "Coffee Band" qrupunun solisti kimi "Gəl, Günəşim" adlı mahnını ifa edib.[2] 2018-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Jazzeri Bands And Arts” konsert proqramında kubalı musiqiçi Yanssel Castellonun “Los Amigos” qrupu ilə çıxış etmişdi.[2][22]

2019-2020-ci illərdə ATV kanalında yayımlanan "Yol əhvalatı" verilişinin aparıçısı qismində virtual bələdçi orazını səsləndirib. 2020-ci ildə AVTO FM-də (107.7 FM) "Jazz Vaxtı" verilişinin aparıcısı və müəllifi olub.[2]

Samira Jazzy bir çox kaverlərin ifaçısıdı – "Limanlar", "Güldür Məni" və "Bir daha" (Orxan Bağırovla duet).[23][24][25] Onların arasında ona ən çox uğur gətirən isə, 2020-ci ildə ifa etdiyi "Karvan" qrupunun "Sarı Güllər" mahnısı olub.[2][26][27] Samirə Rəcəbli 2020-ci ildə “Əzizim” mahnısının yeni versiyasını dinləyicilərə təqdim edib. Eyyub Yaqubovun repertuarından olan mahnının Rəcəbli tərəfindən ifasını Elnur Fəttahov müşayiət edib.[28] Mahnı bu müşayiət və ifada yeni tərzdə səslənib. Eyyub Yaqubov, eyni zamanda Samira Jazzy pərəstişkarları mahnının yeni tərzdə səsləndirilməsindən razı qalıblar.[29] 2020-ci ildə Samira Jazzy Orxan Bağırovla birgə Brilliant Dadaşovanın repertuarından "Yaş o yaş deyil" lirik mahnısını ifa edib. Duet pianoçu Elvin Fəridlinin müşayiəti ilə ifa edilmişdir.[30]

Samirə Rəcəbli Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi Naili Mirməmmədlinin xatirəsinə musiqi layihəsi həsr edib.[5] 2021-ci ildə pianoçu Nicat Qurbanovun müşayiəti ilə Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın repertuarından “Darıxmışam” mahnısının yeni versiyasını təqdim edib.[4] Musiqinin müəllifi Nailə Mirməmmədli, sözləri Əhmədağa Şahinindir.[6][31]

2021-ci ildə Orxan Bağırovla daha bir duet işıq üzü görür. Aranjimanı Vüsal Həsənova məxsus olan, Eldar Mansurovun “Bir Daha” mahnısının kaveri kliplə tamaşaçılara təqdim olunur. Komandanın ərsəyə gətirdiyi bu iş, dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. Mahnıda flamenko janrında müraciət olunub, gitarada Elnur Fəttahov, saksafonda Emil Bağırov ifa edib.[32]

2020-2021 İctimai Televiziyada yayımlanan "Fatehin Divanı" verilişinin II mövsümündə "FM Express" qrupunun solistlərindən biri olub.[2] 2021-ci ildə Aytən İsmixanovanın musiqisi, Xanım İsmayılqızının sözlərinə yazılan  "Qanadım ol" adlı ilk solo mahnısını və o mahnıya çəkilən klipi tamaşaçıların öhdəliyinə buraxır.[2][33][34]

Eyni zamanda, həmin ildə Heydər Əliyev Sarayında keçirilən “Jazz Mix” adlı konsert proqramında çıxış edir.[35][36] Samira Jazzy Azərbaycanın ruhi və maddi mədəniyyətinin inkişafında verdiyi töhfələrə görə 2021-ci ilin dekabr ayında "Simurq" mükafatına layıq görülüb.[2][37]

2022-ci ildə Nəsimi Məmmədovla "Toxunaydım əlinə" adlanan dueti dinləyicilərin öhdəçiliyinə buraxır. Bu mahnının müəllifləri bəstəkar Vüqar Mirzəyev və şair Orxan Mürvətlidir.[38] 2022-ci ildə Samira Jazzy bəstəkar Günel Əlizadənin "Səni bənzədirəm" mahnısını ifa edir. Mahnının klipində müğənni rəssam obrazını canlandırmışdır.[39]

Samira Jazzy 2022-ci ilin mayında "Karvan" qrupunun yaradıcıları bəstəkar Mikayıl Vəkilov və prodüser Sevinc Kərimova ilə birlikdə 107.7 AVTO FM radionun "Nigarla Günorta Şousu"nun qonaqları olub və orada "Sarı Güllər" mahnısı ilə yanaşı, "Qara Gözlər" və "Tufanla Oynama" mahnılarını canlı olaraq ifa edib.[40]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • Hero (2013)
  • Sway (2015)
  • Əgər məni unutsan (2015)
  • Ayrılıq (2020)
  • Mən sənətkaram (2020)
  • Limanlar (2020)
  • Əzizim (2020)
  • Güldür məni (2020)
  • Если бы знать, зачем (2020)
  • En Casa (2020)
  • Те кто любит (2020)
  • Don't You Worry About a Thing (2021)
  • Darıxmışam (2021)
  • Sən gedən gündən (2021)
  • Qanadım ol (2021)
  • Sarı güllər (2022)
  • Toxunaydım əlinə (2022)
  • Səni bənzədirəm (2022)
  • Sarı güllər (Remix) (2022)
  • All Around the World (2022)
  • Limanlar (2022)
  • Alabəzək yuxular (2022)
  • Sarı güllər (2022)
  • Azərbaycan (2022)
  • Sevgilim, əlvida (2022)
  • Yeni il (2022)
  • Yaralı (2023)
  • Bayram axşamı (2023)
  • Ana torpağım (2023)

Kliplər[redaktə | mənbəni redaktə et]

  • Bir daha (2021)
  • Səni bənzədirəm (2022)
  • Yeni il (2022)
  • Yaralı (2023)

Back vokalçı kimi[redaktə | mənbəni redaktə et]

  • Yeni il gəlir (2002)
  • Odlar yurdum (2003)
  • Tək sənə görə (2015)
  • Yandım (2016)
  • Xəyallar (2017)
  • Bir gün (2017)
  • Saçlarının ətri (2018)
  • Если ето не любовь (2018)
  • Те кто любит (2020)
  • Xəzərin sahilində (2020)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Иманов, Вугар. "В джазе только девушка. Бакинское зимнее солнце в Музее каменной летописи (ВИДЕО)". Звёздный мир (rus). trend.az. 2018-12-26. Archived from the original on 2022-08-28. İstifadə tarixi: 2022-08-27.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "SAMİRA JAZZY: «Я ЖДАЛА ЭТОТ ДЕНЬ ДОЛГИЕ ГОДЫ»" (rus). qorod.blog. 2021-01-04. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  3. "MAG verilişi – Samira Rəcəbli". YouTube. 2020-06-25. İstifadə tarixi: 2022-08-27.
  4. 1 2 Бабаева, Джани. "Скучаю… - Самира Раджабли посвятила музыкальный проект памяти Наили Мирмамедли (ВИДЕО)". Культура (rus). trend.az. 2021-01-06. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  5. 1 2 "Скучаю… - Самира Раджабли посвятила музыкальный проект памяти Наили Мирмамедли (ВИДЕО)". Культура (rus). news.day.az. 2021-01-06. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  6. 1 2 "Памяти Наили Мирмамедли: «Darıxmışam» в исполнении Самиры Раджабли – ВИДЕО" (rus). 1news.az. 2021-06-01. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  7. Гусейнов, Ровшан. "Азербайджанские исполнители отметили юбилей Стиви Уандера". Звёздный мир (rus). trend.az. 2020-05-14. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  8. "Abbas Bağırov – Yeni il gəlir". YouTube. 2021-01-05. İstifadə tarixi: 2022-08-27.
  9. "Rüfət Mehdiyev – Odlar yurdum". YouTube. 2019-10-20. İstifadə tarixi: 2022-08-27.
  10. "L-Mir – Tək sənə görə". YouTube. 2015-02-02. İstifadə tarixi: 2022-08-27.
  11. "Mahir Zeynalov – Yandım". YouTube. 2016-07-05. İstifadə tarixi: 2022-08-27.
  12. "Amil Həsənoğlu – O gözlər". YouTube. 2016-11-07. İstifadə tarixi: 2022-08-27.
  13. "Javid – Saçlarının ətri". YouTube. 2018-12-03. İstifadə tarixi: 2022-08-27.
  14. "Javid – Bir gün". YouTube. 2017-12-17. İstifadə tarixi: 2022-08-27.
  15. "Fuad Musayev – Xəzərin sahilində". YouTube. 2021-04-16. İstifadə tarixi: 2022-08-27.
  16. 1 2 Алиева, Кямаля. "Азербайджанская певица необычным образом поздравила с юбилеем мировую суперзвезду". Новости (rus). az.sputniknews.ru. 2020-05-14. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  17. ""CinemaPlus 28 Mall"da "Sualtı era" cizgi filminin press nümayişi keçirilib". Kino (az.). news.milli.az. 2017-07-10. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  18. ""Sualtı era" cizgi filminin press nümayişi keçirilib – FOTO" (az.). oxu.az. 2017-07-10. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  19. ""BakuBus"ın səsi ilə - VİDEO-MÜSAHİBƏ". İqtisadiyyat (az.). kommersant.az. 2018-08-27. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  20. Рзаев, Тимур. "Кто она – женщина, чей голос мы ежедневно слышим в BakuBus? – ВИДЕО" (rus). 1news.az. 2018-08-20. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  21. "Kreativ Sənaye: Səsləndirmə sənəti". YouTube. 2021-02-24. İstifadə tarixi: 2022-08-27.
  22. "Yanssel Castellon & Los Amigos Orchestra - Usted Abuso". YouTube. 2018-11-27. İstifadə tarixi: 2022-08-27.
  23. "Eldar Mansurov - Bir Daha (ifa: Orxan Bağırov & Samira Jazzy)". YouTube. 2021-06-25. İstifadə tarixi: 2022-08-27.
  24. Иманов, Вугар. "Посвящается работникам Бакинского морского порта и водителям (ВИДЕО)". Интересное (rus). trend.az. 2020-04-26. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  25. "Samira Jazzy – Güldür məni". YouTube. 2020-05-04. İstifadə tarixi: 2022-08-27.
  26. "Samira Jazzy – Limanlar". YouTube. 2020-04-25. İstifadə tarixi: 2022-08-27.
  27. "Samira Jazzy – Sarı güllər". YouTube. 2022-06-20. İstifadə tarixi: 2022-08-27.
  28. "Samira Jazzy – Əzizim". YouTube. 2020-06-11. İstifadə tarixi: 2022-08-27.
  29. Бабаева, Джани. "Гангстерская история в Азербайджане, или Жаркое лето-2020 (ВИДЕО)". Культура (rus). trend.az. 2020-06-23. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  30. Зейналова, Гюнель. "Не унесенные карантином! Вдохновленные Френком Синатрой, Уитни Хьюстон и Бриллиант Дадашовой (ВИДЕО)". Звёздный мир (rus). trend.az. 2020-04-15. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  31. Samira, Jazzy. ""Darıxmışam"". YouTube. 2021-01-05. İstifadə tarixi: 2022-08-27.
  32. "Eldar Mansurov — Bir daha (İfa: Orxan & Samira)" (az.). YouTube. 2021-06-26. İstifadə tarixi: 2022-10-29.
  33. "Samira Jazzy – Qanadım ol". YouTube. 2021-05-05. İstifadə tarixi: 2022-08-27.
  34. Иманов, Вугар. "Встречаем лето на крыльях любви с Самирой Раджабли (ВИДЕО)". Звёздный мир (rus). trend.az. 2021-05-27. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  35. Azəri, Lalə. ""Jazz mix"in ritmləri bu dəfə Vaqif Mustafazadəyə ehtiramla səsləndi" (az.). "Mədəniyyət" qəzeti. 2021-12-22. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  36. "Samira Jazzy - Tell Me All About It". YouTube. 2022-01-29. İstifadə tarixi: 2022-08-27.
  37. ""Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının 25 illiyi qeyd olunub FOTOLAR" (az.). sia.az. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  38. "Toxunaydım əlinə (feat. Nəsimi Məmmədov)". YouTube. 2022-07-30. İstifadə tarixi: 2022-08-27.
  39. Бабаева, Джани. "Лето, любовь, романтика – премьера от Samira Jazzy (ВИДЕО)". Звёздный мир (rus). trend.az. 2022-08-01. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  40. "Karvan Qrupu. Nigarla Günorta Şousu - 10.05.2022" (az.). YouTube. 2022-05-10. İstifadə tarixi: 2022-10-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]