kamarilya
kambağı
OBASTAN VİKİ
Dəniz kambalası
Dəniz kambalası (lat. Pleuronectes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinə aid heyvan cinsi.
Jan Kambanda
Jan Kambanda — 1994-cü il Ruanda soyqırımının başladığı vaxtdan etibarən Ruanda müvəqqəti hökumətinin Baş naziri, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 1951-ci ildə qüvvəyə minməsindən sonra soyqırım cinayətində təqsirləndirilən yeganə hökumət başçısı. 1994-cü ilin aprelində müxalifətçi Respublikaçı Demokratik Hərəkat Partiyasının Butare bölməsinin vitse-prezidenti olmuşdur. == Cinayət məsuliyyəti == Kambanda 18 iyul 1997-ci ildə Nayrobidə tutulmuş və Ruanda Beynəlxalq Cinayət Tribunalına verilmişdir. Dövrün hökumət başçısı Kambandanın üzərinə soyqırımdan xilas olmuş uşaqları xəstəxanada olduqları müddətdə qorumaq vəzifəsi qoyulmuşdu. Lakin bu vəzifəsini qəsdən yerinə yetirməmiş, laqeydlik göstərmiş və sonda onun soyqırım cinayətini törətdiyi təsbit edilmişdir. Burada Kambandanın uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, Məhkəmənin təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini də asanlaşdırmışdır. Kambanda ittihamnamədə soyqırım cinayətindən insanlıq əleyhinə cinayətlərə qədər altı müxtəlif əməli törətməkdə təqsirli bilinmişdi və 1 may 1998-ci ildə bu ittihamı qəbul etmiş, nəticədə Ruanda Məhkəməsi 4 sentyabr 1998-ci ildə bu cinayətlərə görə Kambandanı ömürlük azadlıqdan məhrum etmişdir. Ruanda Məhkəməsinin Kambanda işində qeyd etdiyi soyqırım cinayətinin "cinayətlərin cinayəti" olması və buna baxmayaraq insanlıq əleyhinə cinayətlərlə müqayisədə tətbiq olunacaq sanksiya baxımından bu qrup cinayətlərin də daha az ağır qəbul edilə bilməyəcəyi səbəbiylə fərqli olmayacağı fikri, bu Məhkəmənin digər işlərində nümunə olaraq qəbul edilmiş və tətbiq edilmişdir.
Kambalakimilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Kambalalar
Kambalalar (lat. Pleuronectidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Kambalayabənzər əzələ
Kambalaşəkillilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908–1931.
Ulduz kambalası
Ulduz kambalası (lat. Platichthys stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinin platichthys cinsinə aid heyvan növü.
Çay kambalası
Çay kambalası (Platichthys flesus) — Kambalalar fəsiləsindən olan balıq növüdür . == Xüsusiyyətləri == Balığın bədəni yuxarıdan və aşağıdan yastıdır. Gözləri bədənin sağ tərəfində yerləşmiş olub, gözlərinin yerləşdiyi arxa hissəsi yaşılımtıl və ya sarımtıl qəhvəyi ləkələrlə örtülmüşdür. Kürək üzgəci gözdən başlayaraq quyruq üzgəcinə qədər davam edir və quyruq üzgəci ilə birləşmir. Üst hissəsinin rəngi tünd qəhvəyi, qismən qəhvəyi rəngli, tünd ləkələrlə örtülmüş olub, aşağı hissəsi isə ağdır. Bədəni tamamilə kiçik pulcuqlarla örtülmüşdür. Yan xətti gözünün yerləşdiyi tərəfdə döş üzgəcinin ətrafında əyridir. Kürək və anal üzgəcləri quyruq üzgəcinə çatmır. == Nəsil artırması == Bu balıqlar, bol miqdarda qida tapdıqları qumlu dəniz diblərində yaşayan yastı balıqlardırlar. Ancaq yetkin çay kambalaları yumurtalarını bu ərazilərdə qoymuş olarlarsa, dəniz cərəyanları həssas yumurtaları bu təhlükəsiz yerlərdən uzaq yerlərə aparacaqdır.