Çay kambalası (Platichthys flesus) — Kambalalar fəsiləsindən olan balıq növüdür .
Çay kambalası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çay kambalası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Balığın bədəni yuxarıdan və aşağıdan yastıdır. Gözləri bədənin sağ tərəfində yerləşmiş olub, gözlərinin yerləşdiyi arxa hissəsi yaşılımtıl və ya sarımtıl qəhvəyi ləkələrlə örtülmüşdür. Kürək üzgəci gözdən başlayaraq quyruq üzgəcinə qədər davam edir və quyruq üzgəci ilə birləşmir. Üst hissəsinin rəngi tünd qəhvəyi, qismən qəhvəyi rəngli, tünd ləkələrlə örtülmüş olub, aşağı hissəsi isə ağdır. Bədəni tamamilə kiçik pulcuqlarla örtülmüşdür. Yan xətti gözünün yerləşdiyi tərəfdə döş üzgəcinin ətrafında əyridir. Kürək və anal üzgəcləri quyruq üzgəcinə çatmır.
Bu balıqlar, bol miqdarda qida tapdıqları qumlu dəniz diblərində yaşayan yastı balıqlardırlar. Ancaq yetkin çay kambalaları yumurtalarını bu ərazilərdə qoymuş olarlarsa, dəniz cərəyanları həssas yumurtaları bu təhlükəsiz yerlərdən uzaq yerlərə aparacaqdır. Buna görə də, çay kambalaları axına qarşı üzürlər və suyun daha dərin olduğu başqa yerlərə köç edirlər. Bu miqrasiya zamanı kürü tökmək üçün təxmini olaraq 60 milyon çay kambalasının bir yerə yığıldığı təxmin edilir. Təhlükəsiz sularda yumurtadan çıxan körpə yastı balıqlar dəniz səthində qalaraq təxmini olaraq bir ay müddətində qidalanırlar və inkişaf edirlər. Bir ayın sonunda cərəyanlarla bərabər sürüklənərək qidalanma sahəsinə geri qayıdırlar. Bu müddət ərzində körpə kambala balaları valideynlərinə oxşayan balıqlara çevrilirlər. Onlar da böyük balıqlar kimi suyun dibinə gedirlər və orada yaşamağa davam edirlər. Onların orta ölçüləri 20–25 sm, maksimum 50 sm civarında olur.
Bu balıqlar Şimal-Şərqi Atlantika sahillərində, Şimal dənizində, Baltik dənizində, Aralıq dənizində, Egey dənizində, Mərmərə dənizində və Qara dənizdə yaşayırlar.