Katalizatorlar

kimyəvi reaksiyaların asanlaşmasına və ya tezləşdirilməsinə təsir göstərən kimyəvi birləşmələr.
Karotaj
Katlavan
OBASTAN VİKİ
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Tsiqler-Natta katalizatorları
Tsiqler-Natta katalizatorları – vinil monomerlərinin polimerləşmə katalizatorlarıdır. Onlar həmçinin stereomüntəzəm polimerlərin alınmasına da imkan verir. Bu katalizatorlar keçid metalların birləşmələrinin (TiCl4, TiCl3, VOCl3 və s.) alkillərlə və II–III qrup metalların halogenalkanları (AlR3, AlR2Cl, MgRCl, ZnR2) ilə qarşılıqlı təsirindən əmələ gələn komplekslərdən ibarətdir. Katalizatorlar polimerləşmə prosesində keçid metalın alkil törəməsi ilə koordinasiya olunur, sonra isə M—C, M—M əlaqəsi üzrə tətbiq olunur. == Tarixi == 1990-cı illərə qədər Tsiqler-Natta katalizatiolarının qəqiq təsir mexanizmi axira qədər öyrənilməmiş qalırdı. 2010-cu ildə Tsiqler-Natta katalizatiolarının istifadəsi ilə plastmas, elastomer və rezin istehsalının həcmi 100 milyon tondan artıq olmuşdur. == Növləri == Hal-hazırda Tsiqler-Natta katalizinin 3 növü tətbiq olunur: klassik – titan birləşmələrinin əsasında. Kataliz sokatalizator kimi alüminium üzvi birləşmələrinin iştirakı ilə gedir. Bir qayda olaraq, sokatalizator kimi trietilalüminium Al(C2H5)3 və triizobutilalüminium Al(C4H9)3 götürürlər; metallosen – metallosenlər əsasında (məs., titanosen dixlorid əsasında). Bu halda da sokatalizator tələb olunur, adətən, digər alüminium üzvi birləşmədən – metilalümoksandan (Al(CH3)O)n istifadə olunur; postmetallosen kataliz.