KAŞ
KAŞIMAK
OBASTAN VİKİ
Kaşık adası
Kaşık adası (türk. Kaşık adası; yun. Πίτα νήσος) və ya Pita adası — Türkiyənin şimal-qərbində, Mərmərə dənizində yerləşən ada. == Haqqında == Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. Adaya ən yaxın yerləşən ada qərbindəki Burqazadadır. 600–700 metr uzaqlığında Heybəli ada yerləşir. İnzibati cəhətdən İstanbulun Adalar bələdiyyəsi tərəfindən idarə olunur. Adaya bərə ilə səyahət etmək mümkün deyil. Sahəsi 0,008 km2-dır. Əvvəllər adadan sürgün yeri kimi istifadə olunub.
Lütfi Kaşıkçı
Lütfi Kaşıkçı (1982, Hatay ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Lütfi Kaşıkçı 1982-ci ildə Hatay ilinin Kırıhan ilçəsində anadan olub. Hatay Mustafa Kamal Universiteti İnşaat Bölməsindən məzun olub. Ankara Universitetinin Elm və Texnologiya İnstitutunun İnşaat mühəndisliyi şöbəsində magistr dərəcəsi alıb. Səlcuq Universitetində isə inşaat mühəndisliyi sahəsində PhD dərəcəsi alıb. MHP üzvüdür. 2015-2018-ci illərdə MHP Hatay il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28 çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub. İngiliscə bilir.