Kaşık adası

Kaşık adası (türk. Kaşık adası; yun. Πίτα νήσος) və ya Pita adasıTürkiyənin şimal-qərbində, Mərmərə dənizində yerləşən ada.

Kaşık adası
türk. Kaşık adası
Burqazadadan görünüşü
Burqazadadan görünüşü
Ümumi məlumatlar
Sahəsi 0,008 km²
Uzunluğu 800 km
Eni 280 km
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
40°53′03″ şm. e. 29°04′38″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət
Rayon
  • Adalar
Arxipelaq
Akvatoriya
Kaşık adası xəritədə
Kaşık adası
Kaşık adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. Adaya ən yaxın yerləşən ada qərbindəki Burqazadadır. 600–700 metr uzaqlığında Heybəli ada yerləşir. İnzibati cəhətdən İstanbulun Adalar bələdiyyəsi tərəfindən idarə olunur. Adaya bərə ilə səyahət etmək mümkün deyil. Sahəsi 0,008 km2-dır. Əvvəllər adadan sürgün yeri kimi istifadə olunub.

Ada ilk əvvəl Pita və ya Pidə adası kimi tanınıb. Amma daha sonra formaca qaşığa bənzədiyinə görə Kaşık adası adlandırılmışdır. Burada hətta Osmanlı dövründə məskən salınmamışdır. 1950-ci illərdə bu ada Danon adlı yunan ailəsinə aid olsa da, daha sonra ailə tərəfindən bir turizm şirkətinə (Dicköklər ailəsi) satılmışdır. Şirkət adanın xüsusiyyətlərini dəyişdirəvək inşaat işlərinə başlamış, Burqazadaya baxan hissədə beton dalğaqıran tikmək istəmiş[1], amma Ada Dostları Dərnəyinin etirazları nəticəsində inşaat işləri İstanbul bələdiyyəsi tərəfindən dayandırılmışdır.

Adada heç bir tarixi əsər və ya abidə yoxdur və[2] burada iki kiçik ev, sadə liman yerləşir.

  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.
  2. "Arxivlənmiş surət". 2015-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.