KOMİK
KOMİSSARLIQ
OBASTAN VİKİ
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
26 komissar (film)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. == Məzmun == Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. == Film haqqında == Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. == Mükafat == Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden == Rollarda == Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik == İstinadlar == == Mənbə == Газ. "Правда". 6 декабря 1932 года.
26 komissar (film, 1932)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. == Məzmun == Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. == Film haqqında == Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. == Mükafat == Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden == Rollarda == Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik == İstinadlar == == Mənbə == Газ. "Правда". 6 декабря 1932 года.
26 Bakı komissarı
Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir. == Komissarların siyahısı == Baqdasar Avakyan — Bakı şəhərinin komendantı. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü. Eyjen Berq — matros. Anatoli Boqdanov — xidmətçi. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
26 Bakı komissarı (Neftçala)
26 Bakı komissarı — Neftçala rayonunda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun 26 Bakı komissarı qəsəbəsi rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
26 Bakı komissarı (dəqiqləşdirmə)
26 Bakı komissarı — Bakı kommunasının inqilabçı xadimləri. 26 Bakı komissarı metrostansiyası — Sahil metrostansiyasının keçmiş adı. 26 Bakı komissarı rayonu — Səbail rayonunun keçmiş adı. 26 Bakı komissarı (Neftçala) — Neftçala rayonuda 1993-cü ilə qədər mövcud olmuş qəsəbə. 26 Bakı komissarı abidəsi — memorial kompleks.
26 Bakı komissarı abidəsi
26 Bakı komissarı abidəsi (rus. Мемориальный комплекс «26 бакинских комиссаров») — 26 Bakı komissarının şərəfinə Bakı şəhərində ucaldılmış abidə kompleksi. Hal-hazırda abidənin yerləşdiyi indiki yerdə Sahil bağı yerləşməkdədir. Abidənin 1968-ci ildə açılışının ardından komissarların cəsədləri abidənin alt hissəsinə köçürülmüşdür. Tikilinin mərkəzində əlində sonsuz alovu simvolizə edən heykəl yerləşməkdə idi. Öldürülən komissarların adları abidənin yanında yerləşən daş lövhənin üzərində qeyd olunmuşdur. == Tarixi == Bir neçə ay davam edəcək Bakı Xalq Komissarları Soveti 1918-ci ilin martında yaradıldı. Bakı kommunasının rəhbərləri Türkiyə-Azərbaycan qoşunlarının hücumu ilə əlaqədar şəhəri tərk etməli olur. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək menşevik hökuməti tərəfindən hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda onlara azad olunaraq şəhəri tərk etməyə icazə verirlər.
26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920)
26 Bakı komissarı cənazələrinin dəfni filmi 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Məzmun == Kinosüjetdə Bakının izdihamlı küçələri, adamların çiyinlərində komissarların tabutları, Birja meydanında dəfn mərasimi və komissar Məşədi Əzizbəyovun anasının mərasimdə iştirakı təsvir olunmuşdur. == Filmin üzərində işləyən == Operator: Kosiçkin == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
26 Bakı komissarı metrostansiyası
Avlabari metrostansiyası
Qaçqınlar üzrə Ali Komissarlıq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Rəhim Hüseynov (xalq komissarı)
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur. == Həyatı == Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur. 1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == === Sovet dövrünədək === Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir. Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur. Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.
SSRİ Daxili İşlər Xalq Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı
SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı — 1923-cü il noyabr ayının 12-dən 1934-cü ilin mart ayının 15-dək SSRİ Silahlı Qüvvələrinə nəzarət edən hərbi idarənin mərkəzi orqanı. == Tarixi == Xalq Komissarlığı iki müstəqil xalq komissarlığlarından (RSFSR-in hərbi və dəniz işləri üzrə) yaradılmışdır. SSRİ Müdafiə Xalq Komissarlığının yaranması ilə əlaqədar ləğv edildi. == Xalq Komissarları == Xalq Komissarlığına Xalq Komissarı rəhbərlik edirdi; aşağıda sadalanan şəxslər müxtəlif vaxtlarda bu vəzifəni icra edirdilər: Lev Trotski – 12 noyabr, 1923 – 26 yanvar, 1925; Mixail Frunze – 26 yanvar – 31 oktyabr, 1925; Kliment Voroşilov – 6 noyabr, 1925 – 20 iyun, 1934 == İstinadlar == == Mənbə == People's Commissariat for Military and Naval Affairs // Naval Dictionary. Moskva: Hərbi nəşriyyat. 1990. 511.
SSRİ Xalq Daxili İşlər Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Xalq Müdafiə Komissarlığı
SSRİ Xalq Müdafiə Komissarlığı (rus. Народный комиссариат обороны СССР) — Sovet İttifaqının 1934-1946-cı illər arasında ən yüksək hərbi idarəsi. == Tarixi == 1920-1930-cu illərdə RSFSR/SSRİ-nın ən yüksək hərbi orqanı Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı (rus. Народный комиссариат обороны СССР) (qısaca Narkomvoenmor) adlanırdı. 20 iyun 1934-cü ildə Narkomvoenmor SSRİ Müdafiə Xalq Komissarlığına (qısaca NKO) çevrildi. 30 dekabr 1937-ci ildə komisarlığdan SSRİ Hərbi Dəniz Qüvvələri Xalq Komissarlığını (NKVMF) ayırd etdilər. 1 fevral 1944-cü ildə SSRİ-də birlik respublikalarının hərbi birləşmələrinin yaradılması haqqında qanununun qəbul edilməsi ilə əlaqədar olaraq NKO Ümumittifaq Xalq Komissarlığından ittifaq-respublika komissarlığına çevrildi. 25 Fevral 1946-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə NKO NKVMF ilə birlikdə SSRİ Silahlı Qüvvələri vahid ittifaq-respublika Xalq Komissarlığına çevrildilər. Bu ad altında mərkəzi orqan bir aydan az müddətə sənədlərdə qeyd olundu, çünki SSRİ Xalq Komissarları və ittifaq respublikalarının şuraları Nazirlər Şuralarına çevrilməsi haqqında 15 Mart 1946-cı il tarixli SSRİ Qanununa uyğun olaraq, onun adını SSRİ Silahlı Qüvvələri Nazirliyi olaraq dəyişdilər. 25 Fevral 1947-ci ildə yuxarıda göstərilən qərarlara uyğun olaraq, SSRİ Konstitusiyasına dəyişikliklər edildi.
Teymur Hüseynov (xalq komissarı)
Teymur Əbdüləli oğlu Hüseynov (1892, Şamaxı – 5 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Torpaq Komissarı, Yeni Türk Əlifba Komitəsinin sədr müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, Yeni Yol qəzetinin baş redaktoru. == Həyatı == Teymur Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur. Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == 1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır. Bir müddət Azərbaycan Xalq Torpaq Komissarı vəzifəsində çalışmışdır.
Xalq Komissarı Qəzənfər Musabəyovun Nitqi (1931)
Xalq Torpaq Komissarlığı (1924)
Xalq Torpaq Komissarlığı (film, 1924)
Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
Zaqafqaziya Komissarlığı
Zaqafqaziya Komissarlığı (rus. Закавказский Комиссариат) — 15 noyabr 1917-ci il —10 fevral 1918-ci illərdə Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. Sədri Yevgeni Gegeçkori olmuşdur.
Azərbaycan SSR xalq maarif komissarı
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan SSR xalq səhiyyə komissarı
Azərbaycan səhiyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın səhiyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın səhiyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == == Mənbə == Əli İnsanov "Azərbaycanda səhiyyənin tarixi" - Bakı, Azərbaycan, 2003.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır. == Tarixi == Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır. 28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır. 1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.
Azərbaycan SSR xalq maliyyə komissarı
Azərbaycan maliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın maliyyə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın maliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.

Значение слова в других словарях