Siyasi komissar

Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir.[1]

Briqada komissarı Leonid Brejnev Kommunist Partiyası üzvlük biletini əsgərə təqdim edərkən, 1942-ci il

Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı.

Qızıl OrdudaSovet ordusunda siyasi komissar, 1918-24, 1937-401941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi.

Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı. Siyasi işçilər, rəsmi siyasi komissarlar olmalarına baxmayaraq, komissarlar kimi deyil, RVS-nin üzvləri kimi adlandırılmışdılar.

1919-cu ildə, politruk titulu rota səviyyəsində siyasi zabitlərə təyin edildi. 1925-ci ilin əvvəlində, siyasi-hərbi doktrina kursu edinonaçaliye istiqamətində yaradıldı və siyasi komissar hərbi təsisat kimi ləğv olundu. Edinonaçaliyenin təqdimatı ikiqat idi, hərbi komandanlar Kommunist Partiyasına qoşulmuş və öz bölüklərinin siyasi zabiti olmuşdular. Eyni zamanda, pompolit (siyasi iş üçün komandirin köməkçisi) zabit ona tabe olmaq üçün tapşırıq almışdı. 1924-cü ilin əvvəlində, RVS-lər hərbi şuralar kimi adlandırılmış, bir çox yüksək rütbəli siyasi zabit ChVS (hərbi şuranın üzvü) kimi tanınmışdı. Onlar 1934-cü ildə ləğv edilmişdi.

1937-ci ilin 10 mayında siyasi komissar, Qızıl Orduda bərpa edildi və hərbi şuralar yaradıldı. Bu tədbirlər Sovet ordusunda başlayan siyasi təmizləmələrdən törənmişdi. Yenidən, 1940-cı ildə, siyasi komissarlar ləğv olundu, lakin hərbi şuralar Böyük Vətən müharibəsi ərzində mövcud idi. Ordu səviyyəsindən aşağıda edinonaçaliye sistemi bərpa edildi. 1941-ci ilin iyulunda, müharibənin əvvəlində Qızıl Ordunun məğlubiyyətlərinə görə siyasi komissar vəzifəsi görünmədi. Komissarın bu dövrdə "ikinci komandir" kimi təsiredici rolu var idi. Bunun effektivdən də az olduğu sübut olunanda, general Konyev siyasi zabitlərin digər zabitlərə rəhbərlik etməsi üçün Stalindən xahiş etdi: komissarların işi əhval-ruhiyyəni qaldırmaq üçün vacibdir. Komissar termini, 1942-ci ilin avqustunda ləğv olundu, bölükdə və alay səviyyəsində pompolit zabit zampolitlə (siyasi məsələlər üçün müavin) əvəzləndi.

  1. R. Dupuy, Nouvelle histoire de la France contemporaine: La République jacobine (2005) p.156