1968-ci ilin SSRİ poçtu: "26 Bakı komissarının güllələnməsi" qorelyefi (Sergei Dmitrieviç Merkurov)
Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir.
Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
Eyjen Berq — matros.
Anatoli Boqdanov — xidmətçi.
Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
Armenak Boryan — jurnalist.
Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
İvan Qabışev — briqada komissarı.
Prokofi Caparidze — Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri,
Yakov Zevin — əmək üzrə xalq komissarı.
Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
İvan Malıqin — Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni.
İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
Suren Osepyan — "Bakı Sovetinin Xəbərləri" qəzetinin redaktoru.
Qriqori Petrov — Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
Fyodr Solntsev — hərbi işçi.
İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.