KUBOK

I
сущ. кубок (сосуд, ваза, обычно из ценного материала, как приз в спортивном соревновании). Kuboka layiq görülmək быть удостоенным кубка, kubok uğrunda mübarizə aparmaq бороться за кубок, xatirə kuboku памятный, мемориальный кубок, ölkə kuboku uğrunda yarışlar соревнования на кубок страны
II
прил. кубковый. Kubok yarışları keçirmək провести кубковые соревнования, kubok matçı кубковый матч
KUBMETRLİK
KUBRİK
OBASTAN VİKİ
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
FA Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
FIFA Dünya Kuboku
FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.) Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi. Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi.
Fortis Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
FİFA Dünya Kuboku (U-16)
FİFA Dünya Kuboku (U-17)
FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
FİFA Dünya Kuboku (trofey)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
FİFA Dünya Kuboku 1930
I Dünya Çempionatı Uruqvaylılar bir neçə məqsəd güdürdülər. Əsası o idi ki, çempionat ölkənin İspaniya müstəmləkəsindən azad olmasının 100 illik yubileyinə həsr edilmiş bayramın tərkib hissəsi olacaqdı. Başqa bir vacib cəhət isə futbolun La-Plata sahillərində böyük şöhrət tapması idi. Olimpiya Oyunlarında iki dəfə qələbə qazanmaları nəticəsində bu kiçik ölkənin ən yaxşı futbolçuları az qala ilahiləşdirilirdi. Təkcə futbol azarkeşlərinin təşəbbüsü ilə uruqvaylılar 400 min dollar toplamış və rekord qısa müddətdə o vaxtlar dünyada ən böyük olan "Sentenario" stadionununu tikdirmişdilər. 13-30 iyul 13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri yarımfinala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
FİFA Dünya Kuboku 1934
1934 FİFA Dünya Kuboku– 27 may - 10 iyun 1934-cü il tarixləri arasında İtaliyada keçirilən beynəlxalq futbol turniri. 27 may - 10 iyun 1934-cü il tarixləri arasında İtaliyada keçirilən beynəlxalq futbol turniri Avropa qitəsində təşkil edilən ilk futbol üzrə dünya çempionatıdır. İtaliya 1932-ci ilin oktyabrından FİFA tərəfindən həmkarı İsveçdən əvvəl ev sahibi seçildi. Bundan əlavə, 1934-cü il FIFA Dünya Kuboku 32 ölkədən müraciət aldığı üçün iştirakçı ölkələrin seçmə matçlarla iştirak edə biləcəyi ilk turnir idi. Hazırkı çempion Uruqvay Avropa ölkələrinin əvvəlki dünya çempionatında iştirak etmədiyini əsas gətirərək bu turnirdə iştirakdan imtina edib. Böyük məsafə bir çox Cənubi Amerika ölkələrinin İtaliyaya gedə bilməməsinə səbəb oldu. Bundan başqa, İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels bu turnirin seçmə mərhələsində iştirak etməyiblər. Ev sahibi İtaliya kuboku öz meydanında qəbul etsə də, Yunanıstanla seçmə mərhələ oyunu keçirməklə yeni mərhələyə qədəm qoydu. 70 qolun vurulduğu turnirdə hər oyuna 4,12 qol düşüb. Çempion komanda 10 iyun 1934-cü ildə Romada keçirilən finalda Çexoslovakiyanı 2-1 hesabı ilə məğlub edən ev sahibi İtaliya idi və turnir ərzində 12 qolla ən çox qol vuran komanda oldu.
FİFA Dünya Kuboku 1938
III Dünya Çempionatı 4 - 19 iyun 15 komandanın 14-ü 1/8 finaldan olimpiya sistemi ilə mübarizə aparıblar. İsveç komandası 1/4 finaldan mübarizəyə qoşulub. 18 oyun 483 000 tamaşaçı (orta hesabla hər oyunda 26 833) 84 qol (orta hesabla hər oyunda 4,67) Ən yaxşı futbolçu - Leonidas (Braziliya) "Het-trik" (bir oyunda üç qol) - Zengeler (Macarıstan) "Poker" (bir oyunda dörd qol) - Leonidas (Braziliya), Vilimovskiy (Polşa), Vetterstrem (İsveç) Yubiley qolu: 200-cü qol Vetterstrem (İsveç) Bombardirlər: Leonidas (Braziliya)-8 Qeyd: 1/8 finalda İsveçrə-Almaniya, Kuba-Rumıniya və 1/4 finalda Braziliya-Çexoslovakiya oyunlarının əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdir.
FİFA Dünya Kuboku 1950
IV Dünya Çempionatı 24 iyun – 16 iyul 13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri final qrupuna yüksələrək mübarizəni dairəvi sistem ilə davam etdiriblər.
FİFA Dünya Kuboku 1954
1954-cü ildə İsveçrədə keçirilən V Dünya Çempionatı. Həmin Dünya Çempionatında Almaniya milli komandası ilk dəfə çempion olmuşdur. Bir oyunda ən çox qol vurulması dabu çempionata aiddir. 1/4 finalda Avstriya ev sahibi İsveçrəyə 7:5 hesabı ilə qalib gəldi. 16 iyun – 4 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 26 oyun 943 000 tamaşaçı (orta hesabla hər oyunda 36 269) 140 qol (orta hesabla hər oyunda 5,38) Ən yaxşı futbolçu – Metyuz (İngiltərə) "Het-trik" (bir oyunda üç qol) – Koçiş (Macarıstan), Burxan (Türkiyə), Morlok (Qərbi Almaniya), Probst (Avstriya), Vaqner (Avstriya), Borxes (Uruvay), Xyuq (İsveçrə) "Poker" (bir oyunda dörd qol) – Koçiş (Macarıstan) Yubiley qolu: 400-cü qol Lefter (Türkiyə) Bombardir: Şandor Koçiş (Macarıstan) – 11 Qeyd: Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Qərbi Almaniya-Türkiyə, İsveçrə-İtaliya əlavə oyunları keçirilmişdir.
FİFA Dünya Kuboku 1958
VI Dünya Çempionatı 8-29 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 35 oyun 868 000 tamaşaçı (orta hesabla hər oyunda 24 800) 126 qol (orta hesabla hər oyunda 3,60) Ən yaxşı futbolçu – Didi (Braziliya) "Het-trik" (bir oyunda üç qol) – Fonten (Fransa), Pele (Braziliya) "Poker" (bir oyunda dörd qol) – Fonten (Fransa) Yubiley qolu: 500-cü qol Rann (Qərbi Almaniya) Bombardir: Jüst Fonten (Fransa) – 13 Qeyd: *Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Şimali İrlandiya-Çexoslovakiya, Uels-Macarıstan, SSRİ-İngiltərə əlavə oyunları keçirilmişdir.
FİFA Dünya Kuboku 1962
VII Dünya Çempionatı 30 may – 17 iyun Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi. DÇ Dittbornun həyatı bahasına başa gəldi DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. , iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi.
FİFA Dünya Kuboku 1966
FIFA Dünya Çempionatı 1966 — sayca səkkizinci dünya çempionatı olub, 11-30 iyul tarixlərində İngiltərədə keçirilmişdir. Finalda İngiltərə Qərbi Almaniyanı 4-2 məğlub edərək çempionatın qalibi olmuşdur. Bu qələbə İngiltərənin ilk dünya çempionatı qələbəsi olmaqla, çempionata ev sahibliyi edən və qalib olan üçüncü ölkə olmuşdur. İlk ikisi isə 1930-da Uruqvay və 1934-də İtaliya olmuşdu. Final oyunu Uembli stadionunda keçirilmiş və televiziyada ağ-qara yayımlanan sonuncu dünya çempionatı finalı olmuşdur. Həmçinin, bu oyun görüşün yan hakimi Tofiq Bəhramovun İngiltərənin xeyrinə saydığı mübahisəli qol qərarına görə tarixə düşmüşdür. Bu çempionat, oyunları stadionlarda izləyən tamaşaçıların sayı üzrə rekordu 1994-cü il ABŞ-dəki çempionatadək, 28 il qorumuşdur. 11 – 30 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
FİFA Dünya Kuboku 1970
IX Dünya Çempionatı 31 may – 21 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
FİFA Dünya Kuboku 1974
X Dünya Çempionatı 13 iyun – 7 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.
FİFA Dünya Kuboku 1978
1978 FİFA Dünya Kuboku — XI Dünya Kuboku. 1 – 25 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.
FİFA Dünya Kuboku 1982
1982 FİFA Dünya Kuboku — iyunun 13-dən iyulun 11-nə gədər İspaniyada baş tutan sayca 12-ci futbol üzrə FİFA Dünya Çempionatı. 11 iyul 1982-ci ildə Santyaqo Bernabeu stadionunda keçirilən final matçında Qərbi Almaniyanı 3-1 hesabı ilə məğlub edən İtaliya 3-cü dəfə çempion olub və bu qələbə ilə o vaxta qədər 3 dəfə ilə ən çox kuboku qazanan Braziliyaya çatmışdı. İlk dövrədə qrupdakı bütün görüşləri heç-heçə ilə başa vuran İtaliya 1 əlavə qolla növbəti mərhələyə adlaya bildi. Turnirin bombardiri Paolo Rossi ilk turda 3, ikinci turda isə ilk oyununda qol vura bilməyib. Turnirdə komandaların sayı 24-ə yüksəldiyi halda, 4 komanda 6 qrupda mübarizə aparıb. Qruplardan vəsiqə qazanan ilk iki komanda daha sonra üç komandadan ibarət dörd qrupda liqa üslubunda oynadı və liderlər yarımfinala yüksəldi. 1-ci qrupda Kamerun hər üç görüşü heç-heçə başa vurmasına baxmayaraq, İtaliyadan daha az qol vurduğu üçün kubokla vidalaşıb. Kamerun əvvəlcə Peru, sonra isə Polşa ilə qolsuz heç-heçə oynayıb. Qrupun son oyununda güclü İtaliya ilə 1–1 hesablı heç-heçə edən Kamerun 1 qol vura bilmədiyi üçün növbəti tura yüksələ bilməyib. Kubokun digər Afrika ölkəsi Əlcəzair 2-ci qrupdakı ilk oyununda Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
FİFA Dünya Kuboku 1986
XIII Dünya Çempionatı
FİFA Dünya Kuboku 1990
1990 FİFA Dünya Kuboku (ita. Campionato mondiale di calcio 1990) — iyunun 8-dən iyulun 8-nə gədər İtaliyada baş tutan sayca 14-cü futbol üzrə FİFA Dünya Çempionatı. 1988-ci ilin aprel ayından FİFA-ya üzv olan 116 yığma yarışın final mərhələsinə qatılmağ üçün mübarizə apardı. Nəticədə ev sahibi İtaliya və son Dünya çempionu Argentina yığmasıda daxil olmağla 22 yığma final mərhələsində mübarizə aparmaq hüququ qazandı. Yarışın qalibi finalda son Dünya çempionu Argentina yığmasını Andreas Brehmenin 85-ci dəqiqədə vurduğu penalti qolu ilə 1:0 məğlub edən və üçüncü dəfə Dünya çempionu olan Qərbi Almaniya yığması oldu. Ev sahibi İtaliya yığması üçüncü yeri, yarım-finalda qərbi almanlara uduzan İngiltərə futbolçuları isə dördüncü yeri tutdu. Bu mundial həmdə çempion olan Qərbi Almaniya yığması üçün sonuncu yarış oldu; Bir müddət sonra, 1990-cı ildə Qərbi və Şərqi Almaniya dövlətləri vahid Almaniya adı altında birləşdi. BƏƏ, İrlandiya, Kosta-Rika yığmaları Dünya Çempionatlarında debüt etdi. Mundialın rəsmi topu "Adidas Etrusco Union" idi. 1990-cı ilin Dünya Çempionatı mundiallar tarixinin ən aşağı məhsuldarlığ qeydə alınan yarışı oldu.
FİFA Dünya Kuboku 1994
XV Dünya Çempionatı
FİFA Dünya Kuboku 1998
10 iyun – 12 iyul
FİFA Dünya Kuboku 2002
2002-ci il futbol üzrə dünya çempionatı — futbol üzrə 17-ci dünya çempionatıdır. 2002-ci il 31 may - 30 iyun tarixlərində Cənubi Koreya və Yaponiyada keçirilib. Üçüncü yer uğrunda oyunda Hakan Şükürün Cənubi Korea komandasının qapısına vurduğu qol bütün çempionatların tarixində vurulmuş ən erkən qol oldu. Final oyunu isə braziliyalıların 2-0 hesablı qələbəsi ilə başa çatdı. Big Bird Stadium, Suwon - 43,188 May 2001 Daegu World Cup Stadium, Daegu - 68,014 May 2001 Seoul Sangam Stadium, Seoul - 63,961 Dekabr 2001 Busan Asiad Stadium, Busan - 55,982 İyul 2001 Incheon Munhak Stadium, Incheon - 52,179 Dekabr 2001 Munsu Stadium, Ulsan - 43,550 May 2001 Gwangju World Cup Stadium, Gwangju - 42,880 Sentyabr 2001 (Dünya Kubokundan sonra adı dəyişildi.
FİFA Dünya Kuboku 2006
2006 FİFA Dünya Kuboku — 2006-cı il 9 iyun-da Münhendə yerli Almaniyanın Kosta Rikaya qarşı oyunu ilə başlamış, 2006-cı il 9 iyul-da Berlindəki final matçı ilə sona yetən sayca XVIII Dünya Kuboku turniri. Almaniya turniri keçirmə haqqını 2000-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə İngiltərə, Cənubi Afrika Respublikası, Braziliya və Mərakeşi geridə qoyaraq qazanmışdır. Səsvermə Almaniya tərəfindən hiylə işlədildiyi iddiası ilə qalmaqallı bitmiş, nəticədə FİFA növbəti turnirin CAR-da keçirilməsinə qərar vermişdir. Səkkiz komanda çempionatda ilk dəfə olaraq iştirak etdi. Bu komandalar Anqola, Qana, Kot-d’İvuar, Serbiya və Monteneqro, Toqo, Trinidad və Tobaqo, Ukrayna, Çexiya milli komandaları idi. Dünya çempionatları tarixində ikinci dəfə oyunsonrası penaltilər təyin olundu. İtaliya komandası çempion adına layiq görüldü. Dünya Kubokunun final mərhələsində iştirak edən komandalar aşağıdakılardır. Mötərizədə komandaların püşkatma üçün sıralamaları göstərilmişdir. Bu sıralama iki faktora görə müəyyən olunmuşdur: Komandaların son iki Dünya Kubokundakı nəticələri və; Son illərdə FİFA reytinq cədvəlindəki yeri.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.

Значение слова в других словарях