Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960–2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi.
Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı. Son olaraq Tele Santana "San Paulu" ilə 1992 və 1993-cü illərdə bu sevinci yaşadı.
8 fərqli adla 11 çempionluq əldə edən argentinalılar ölkə baxımından ən yaxşı nəticə göstərən baş məşqçilər oldular. Turnir tarixində 9 baş məşqçi — İtaliya klubu "İnter Milan" komandasının argentinalı baş məşqçisi Elenio Errera, Hollandiya klubu "Feyenoord" komandasının avstriyalı baş məşqçisi Ernst Happel, Hollandiya klubu "Ayaks" komandasının baş məşqçisi Rumen Ştefan Kovaç, Paraqvay klubu "Olimpiya"nın uruqvaylı baş məşqçisi Luis Kubilya, Portuqaliya klubu "Porto"nun xorvat baş məşqçisi Tomislav İviş, Almaniya klubu "Borussiya Dortmund" komandasının italyan baş məqçisi Nevio Skala, İspaniya klubu "Real Madrid"in holland baş məşqçisi Quus Hiddink, İngiltərə klubu "Mançester Yunayted"in şotland baş məşqçisi Aleks Ferqyuson və "Porto"nun baş məşqçisi Viktor Fernandes öz ölkəsindən olmayan klubla turnirin qalibi oldu.
Nömrə | Milləti | Baş məşqçi | Qazanma sayı | Qazandığı illər | Qazandığı klublar |
---|---|---|---|---|---|
1 | Argentina | Karlos Byanki | 3 | 1994, 2000, 2003 | Veles Sarsfild, Boka Xuniors |
2 | Braziliya | Luis Peres | 2 | 1962, 1963 | Santos |
Argentina | Elenio Errera | 2 | 1964, 1965 | İnter Milan | |
İtaliya | Arriqo Sakki | 2 | 1989, 1990 | Milan | |
Braziliya | Tele Santana | 2 | 1992, 1993 | San-Paulu |
Millət | Qazanma sayı |
---|---|
Argentina | 11 |
Uruqvay | 7 |
Braziliya | 6 |
İtaliya | 6 |
İspaniya | 4 |
Almaniya | 2 |
Niderland | 2 |
Avstriya | 1 |
Xorvatiya | 1 |
Şotlandiya | 1 |
Rumıniya | 1 |
Serbiya | 1 |
A. ↑ 1975-ci ildə təşkil edilən kubok, Bayern Münhen komandası ilə İndependente komandasının oyun tarixi ilə əlaqədar mübahisəsi; 1978-ci ildə baş tutacaq kubok, Boka Xuniors komandası ilə Liverpul komandasının bir biri ilə oynamaq istəməməsi səbəbi ilə təşkil edilmədi.
B. ↑ Serb olan Vladiça Popoviç, kuboku qazandığı vaxt, Serbiya müstəqil olmadığı üçün, o vaxt ölkənin bağlı olduğu Yuqoslaviya vətəndaşı idi. Serb komandası olan Srvena Zvezda komandasıda Yuqoslaviya komandası olaraq mübarizə aparırdı.