1990 FİFA Dünya Kuboku (ita. Campionato mondiale di calcio 1990) — iyunun 8-dən iyulun 8-nə qədər İtaliyada baş tutan sayca 14-cü futbol üzrə FİFA Dünya Çempionatı. 1988-ci ilin aprel ayından FİFA-ya üzv olan 116 yığma yarışın final mərhələsinə qatılmağ üçün mübarizə apardı. Nəticədə ev sahibi İtaliya və son Dünya çempionu Argentina yığmasıda daxil olmağla 22 yığma final mərhələsində mübarizə aparmaq hüququ qazandı.
1990 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | İtaliya |
Tarix | 8 iyun - 8 iyul (31 gün) |
Başlama tarixi | 8 iyun 1990 |
Bitmə tarixi | 8 iyul 1990 |
Komanda sayı | 22 (5 qitədən) |
Stadion sayı | 12 (12 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Almaniya milli futbol komandası |
Çempion | Qərbi Almaniya |
Gümüş medalçı | Argentina |
Bürünc medalçı | İtaliya |
Dördüncü yer | İngiltərə |
Yarış statistikası | |
Oyun sayı | 52 |
Qol sayı | 115 (matç başına: 2.21) |
Tamaşaçı sayı | 2516215 (matç başına: 48389) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Salvatore Sçillaçi (6 qol) |
Ən yaxşı oyunçu | Salvatore Sçillaçi |
Ən yaxşı gənc oyunçu | Robert Prosineçki |
Fair Play mükafatı | İngiltərə |
← 1986 1994 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Yarışın qalibi finalda son Dünya çempionu Argentina yığmasını Andreas Brehmenin 85-ci dəqiqədə vurduğu penalti qolu ilə 1:0 məğlub edən və üçüncü dəfə Dünya çempionu olan Qərbi Almaniya yığması oldu. Ev sahibi İtaliya yığması üçüncü yeri, yarım-finalda qərbi almanlara uduzan İngiltərə futbolçuları isə dördüncü yeri tutdu. Bu mundial həm də çempion olan Qərbi Almaniya yığması üçün sonuncu yarış oldu; Bir müddət sonra, 1990-cı ildə Qərbi və Şərqi Almaniya dövlətləri vahid Almaniya adı altında birləşdi. BƏƏ, İrlandiya, Kosta-Rika yığmaları Dünya Çempionatlarında debüt etdi. Mundialın rəsmi topu "Adidas Etrusco Union" idi.
1990-cı ilin Dünya Çempionatı mundiallar tarixinin ən aşağı məhsuldarlığ qeydə alınan yarışı oldu. 52 oyunda futbolçular 115 dəfə qapılara yol tapdı; oyun başına orta hesabla 2.21 qol.
1990-cı ilin Dünya Çempionatının baş tutacağı dövlətin adı, 1984-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən FİFA-nın İcraiyyə Komitəsinin inzibati binasında baş tutan iclasda açıqlandı. Məhfi səsvermənin sonunda 5 səs alan Sovet İttifaqını 11 səs ilə arxada qoyan İtaliyanın mundiala ev sahibliyi edəcəyi qərara alındı. Birinci dəfə 1934-cü ildə Dünya Çempionatına ev sahibliyi edən İtaliya həm də 1970 və 1986-cı illərdə yarışlara ev sahibliyi edən Meksikadan sonra iki dəfə mundialı qəbul edən ikinci dövlət oldu.
Namizəd | I tur | II tur | III tur |
---|---|---|---|
İtaliya | |||
Sovet İttifaqı | |||
İngiltərə | |||
Yunanıstan | |||
Avstriya | |||
Fransa | |||
Qərbi Almaniya | |||
Yuqoslaviya |
Yarışın A qrupunda ev sahibi İtaliya ilə yanaşı Avstriya, Birləşmiş Ştatlar və Çexoslovakiya yığmaları qərarlaşdı. Mundialın açılış görüşündə, Romanın Olimpiya Stadionunda ev sahibi yığma Avstriya futbolçularını 1:0 hesabı ilə məğlub etdi.[1] Görüşdə yeganə qolun müəllifi 76-cı dəqiqədə meydana daxil olan və 78-ci dəqiqədə qapıya yol tapan Salvatore Sçillaçi oldu.[1] Ertəsi gün isə Florensiyada Birləşmiş Ştatların yığması Çexoslovakiyaya darmadağın oldu, 1:5.[2] I turdan sonra 2 xalla Çexoslovakiya və İtaliya futbolçuları birinci pillədə qərarlaşdı.
Növbəti turda ev sahibi, Birləşmiş Ştatlar futbolçuları ilə üz-üzə gəldi və yenə minimal hesablı qələbə qazandı.[3] Qarşılaşmada yeganə qolu 11-ci dəqiqədə "Roma"-nın yarımmüdafiəçisi Cuzeppe Cannini vurdu.[3] Turun digər oyununda isə Çexoslovakiya yığması Avstriya futbolçularını Mixal Bilekin qolu ilə məğlub etdi.[4] II turda qrup liderlərinin qələbə qazanması ilə İtaliya və Çexoslovakiya yığmaları növbəti mərhələyə vəsiqə qazandı.
İyunun 19-unda Florensiyada bütün görüşlərdə uduzan Avstriya və Birləşmiş Ştatlar yığması qrup üçüncülüyü üçün meydana çıxdı.[5] 33-cü dəqiqədən etibarən meydanda bir nəfər azlığda mübarizə aparan Avstriya futbolçuları 52 və 65-ci dəqiqələrdə vurduğu qolllarla qələbə qazandı.[5] 4 xal toplayan İtaliya və Çexoslovakiya futbolçuları isə sonuncu turda qrup liderliyi uğrunda görüşə çıxdı.[6] Romanın Olimpiya Stadionunda baş tutan görüşdə meydan sahibləri artıq 9-cu dəqiqədə Salvatore Sçillaçi ilə hesab açdı.[6] Görüş boyu üstün tərəf olan İtalyanlar 78-ci dəqiqədə "Fiorentina"-nın ulduzu Roberto Baccio ilə görüşdə son nöqtəni qoydu; 2:0.[6] Qrupda üç görüşün hamısında qələbə qazanan İtaliya yığması və ancaq bir görüşdə məğlub olan Çexoslovakiya futbolçuları 1/8 final mərhələsinə adladı.
Cədvəl
1. | İtaliya | 2:0 | 1:0 | 1:0 | |||||||||
2. | Çexoslovakiya | 0:2 | 1:0 | 5:1 | |||||||||
3. | Avstriya | 0:1 | 0:1 | 2:1 | |||||||||
4. | Birləşmiş Ştatlar | 0:1 | 1:5 | 1:2 |
Təqvim
10 iyun 1990 | Birləşmiş Ştatlar | 1:5 | Çexoslovakiya | Florensiya |
---|---|---|---|---|
Kalicuri 61' | Məlumat | Skuhravi 25' Bilek 39' (pen.) Hasek 50' Skuhravi 78' Luhovi 90+3' |
14 iyun 1990 | İtaliya | 1:0 | Birləşmiş Ştatlar | Roma |
---|---|---|---|---|
Ciannini 78' | Məlumat |
1990 mundialının B qrupunda son Dünya çempionu Argentina yığması ilə yanaşı son Afrika çempionu Kamerun, habelə Rumıniya və Sovet İttifaqı yığmaları yer aldı. I turda Milanın San Siro Stadionunda Argentina və Kamerun futbolçuları üz-üzə gəldi.[7] Həmin görüşdə, azlığda mübarizə aparmalarına baxmayaraq Kamerun yığması 67-ci dəqiqədə François Omam-Biyikin başla vurduğu qolla son Dünya çempionlarını məğlub etdi.[7] Həmin dövrdə son Dünya çempionunun birinci görüşdəcə məğlub olması mətbuatda bir mənalı qarşılanmadı. Qrupun digər oyununda isə Rumıniya Marius Lacatuşun Rinat Dasayevin qapısına vurduğu qollarla Sovet İttifaqı yığmasını 2:0 hesabı ilə məğlub etdi.[8] I turdan sonra hərəyə 2 xal toplayan Rumıniya və Kamerun yığmaları qrup liderləri oldu.
II turda Argentina yığması Sovet İttifaqı futbolçularını 2:0 hesabı ilə məğlub etdi və mundialda birinci qələbəsini qazandı.[9] Kamerun futbolçuları isə Rumıniya yığması ilə görüşdə 76 və 86-cı dəqiqələrdə Roje Millanın atdığı qollarla qələbə qazandı; 2:1.[10] II turdan sonra 4 xal toplayana Kamerun futbolçuları pley-off mərhələsinə adladı.
Sonuncu turda artıq növbəti mərhələyə vəsiqəni təmin edən Kamerun yığması formal oyunda Sovet İttifaqı futbolçuları ilə qarşılaşdı.[11] Əsas heyət üzvlərinin mübarizə aparmadığı görüşdə Kamerun sovet futbolçularına 0:4 hesabı ilə uduzdu.[11] Bəzi iddialara görə Kamerun yığmasının baş məşqçisinin Rusiyalı Valeri Nepomnyaşiy olması, Kamerunun məğlub olması və sovet futbolçularının qələbə qazanmasında başlıca rol oynadı. Amma qələbəyə baxmayaraq Sovet İttifaqı yığması pley-offa adlaya bilmədi. Argentina yığmasının Rumıniya futbolçuları ilə görüşdə 1:1 hesablı heç-heçə oynaması Kamerun, Rumıniya və ən yaxşı qrup üçüncüləri sırasında birinci yerdə qərarlaşan Argentina yığmalarını növbəti mərhələyə adlaması ilə başa çatdı.[12]
Cədvəl
1. | Kamerun | 2:1 | 1:0 | 0:4 | |||||||||
2. | Rumıniya | 1:2 | 1:1 | 2:0 | |||||||||
3. | Argentina | 0:1 | 1:1 | 2:0 | |||||||||
4. | Sovet İttifaqı | 4:0 | 0:2 | 0:2 |
Dünya Çempionatının C qrupunda yarışın üç qat çempionları Braziliya, debütant Kosta-Rika, habelə İsveç və Şotlandiya yığmaları mübarizə apardı. I turda Braziliya yığması İsveç futbolçuları üzərində Karekanın dublu sayəsində 2:1 hesablı qələbə qazandı.[13] Mundialların debütantı Kosta-Rika isə Şotlandiya yığmasını gözlənilmədən 1:0 hesabı ilə məğlub etdi.[14] I turda sonra Braziliya və Kosta-Rika futbolçuları 2 xalla birinci pillədə yer aldı.
II turda, Turində üç qat Dünya çempionları Kosta-Rika futbolçularını Müllerin yeganə qolu ilə məğlub etdi.[15] Şotlandiya yığması isə İsveç futbolçularını 2:1 hesabı ilə məğlub etdi.[16] II turdan sonra Braziliya 4 xalla növbəti mərhələyə vəsiqəni təmin etdi.
III turda Braziliyalılar Şotlandiya yığmasını yenə Müllerin yeganə qolu ilə məğlub etdi və bütün üç görüşdəcə qələbə qazanaraq qrup lideri oldu. Kosta-Rika yığması isə İsveç futbolçularını 87-ci dəqiqədə Hernan Medfordun vurduğu qolla 2:1 hesabı ilə məğlub etdi və debüt mundialındaca Braziliyanın ardından qrupda ikinci pillənin sahibi oldu.
Cədvəl
1. | Braziliya | 1:0 | 1:0 | 2:1 | |||||||||
2. | Kosta-Rika | 0:1 | 1:0 | 2:1 | |||||||||
3. | Şotlandiya | 0:1 | 0:1 | 2:1 | |||||||||
4. | İsveç | 1:2 | 1:2 | 1:2 |
Təqvim