KURTULMAK
KURUL
OBASTAN VİKİ
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dpvlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Kurumlar
Kurumlar (rus. курумы, ing. kurums) — hamar zirvələrdə və dağ yamaclarında örtük şəklində yatan, bir qədər geniş sahələrdə, iri süxur parçalarının toplusu (daş dənizlər). Adətən meşələrin yuxarı sərhədindən yuxarıda yerləşib, yüksək dağlar üçün xasdır. Tədricən yamac aşağı sürüşərək daş çayı əmələ gətirə bilər. Termin Sibir, Orta və Mərkəzi Asiyanın bir sıra rayonlarında yayılmışdır. Bir sıra coğrafi adların tərkibinə daxil olur (məs; Karakorum dağları).
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Kuruşabad (Üşnəviyyə)
Kuruşabad (fars. كوروش اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (45 ailə).
Üç Kuruş (serial, 2021)
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. == Mövzusu == Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. == Çəkilişlər == Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. == Aktyorlar və personajlar == Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.
Şintaro Kurumaya
Şintaro Kurumaya (5 aprel 1992, Kumamoto) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. == Həyatı == Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.
Kuruşima-Kaikyo
Kuruşima-Kaikyo boğazı (yap. 来島海峡) — Şikoku və Osima adaları arasındakı boğaz. Daxili Yapon dənizinin Hiuçi-Nada və İtsuki-Nada ərazilərini birləşdirir. Bu mühüm nəqliyyat marşrutunun bir hissəsidir. Boğazdan gündə 1500-ə qədər gəmi keçir. Boğazda hərəkət etmək çətindir, onun içindəki qabarma-çəkilmə axınları 10 düyün (18,5 km/saat) sürətə çata bilir ki, bu da çoxsaylı qəzalara səbəb olur. Relyef və naviqasiya mürəkkəbliyinə görə Yaponiyada Naruto və Kammon boğazları ilə birlikdə adı çəkilir. 1999-cu ildən boğaz üzərindən Kuruşima-Kaikyo körpüsü salınır. == İstinadlar == == Mənbə == "KURUSHIMA KAIKYO Vessel Traffic Service Center". www6.kaiho.mlit.go.jp (yapon).
Kurud Mədrəsəsi
Kurud mədrəsəsi — Qərbi Zəngəzur Kurud kəndində yerləşən XIX əsrə aid tarixi mədrəsə. == Tarixi == Molla Əbdürrəhim 1880-ci ildə Bağdadda ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq mədrəsə açmışdır. Molla Hacıbaba oğlu Əbdürrəhim 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmışdır. Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Hökuməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır. Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826–1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi.
Üç Kuruş
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. == Mövzusu == Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. == Çəkilişlər == Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. == Aktyorlar və personajlar == Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.

Значение слова в других словарях