Kurud Mədrəsəsi

Kurud mədrəsəsi

Kurud mədrəsəsi — Qərbi Zəngəzur Kurud kəndində yerləşən XIX əsrə aid tarixi mədrəsə.

Molla Əbdürrəhim 1880-ci ildə Bağdadda ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq mədrəsə açmışdır. Molla Hacıbaba oğlu Əbdürrəhim 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmışdır. Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar.

Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Hökuməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır.

Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826–1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi. 1830-cu ildən Zəngəzur mahalında komeral təsvir aparılır.

Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin "Zəngəzur mahalının komeral təsviri" 1832–1833-cü illər kitabında Kurud mədrəsəsinin qurucuları haqqında məlumata rast gəlirik. Belə ki, kitabın 277-ci səhifəsində Gığılı obası haqda yazılır. 3978 nomrəli arxiv işində Abdulla Canı oğlu 35 yaşında, 1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli arxiv vərəqində yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və məhsulun 1/5 hissəsini mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının 403-ü səhifəsində qeyd olunur ki, Kurud kəndi elmin inkişafı və fəaliyyətində dövlətə xidmətində mollaların xüsusi rolu olmuşdur. 54 nömrəli arxiv işində göstərilir ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü. Qeyd edək ki, yoxlamanı həyata keçirtdi Zəngəzur qəza rəisi Artunov.[1]

Arxiv materiallarından aydın olur ki, Nəcəf və Bağdad şəhərləində təhsil almaqlarına baxmayaraq babalarımız Zəngəzur mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə açmış, ilahiyyatçı alimlər kimi özlərinə sünnü alimlərinə verilən Əfəndilər titulunu qazanmışlar.

Bu faktlar bir daha sübut edir ki, Zəngəzur mahalında XIX əsrin 80-ci illərindən ilk təhsil ocaqlarından biri kimi Kurud mədrəsəsi fəaliyyət göstərmişdir.[2]

  • Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi
  • Molla Ziyad – Kurud kəndi
  • Molla Həsənxan – Kirs kəndi
  • Molla Dosdu – Çiriş kəndi
  • Molla Alı Rzaqulu oğlu- Kurud kəndi
  • Molla Hacı Hacıyev-Kurud kəndi
  • Ziyəddin Hacıyev-Kurud kəndi
  • Canıbaba Hacıyev- Kurud kəndi
  • Əsəd Əsədov — Kurud kəndi
  • Əminə Hacıyeva-Kurud kəndi
  • Maral Hacıyeva-Kurud kəndi
  • Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi
  • İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi
  1. N. Əhmədli Zəngəzur mahalının komeral təsviri səhifə 277. Bakı 2021
  2. "Səxavət Hacıyev. Zəngəzur mahalında Kurud mədrəsəsi. "Bütöv Azərbaycan" qəzeti. 19.01.2024". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.