Əhmədu Kuruma

Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[1][2][…]11 dekabr 2003[3][1][…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb.

Əhmədu Kuruma
Doğum tarixi 24 noyabr 1927(1927-11-24)[1][2][…]
Vəfat tarixi 11 dekabr 2003(2003-12-11)[3][1][…] (76 yaşında)
Fəaliyyəti yazıçı
Əsərlərinin dili fransız dili

Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı. Sonra yenidən doğma yurduna dönmüşdü.

Əhmədu Kuruma 11 dekabr 2003-cü ildə Fransada, Lion şəhərində vəfat edib.

  1. 1 2 3 4 Ahmadou Kourouma // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Ahmadou KOUROUMA // NooSFere (fr.). 1999.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]