KƏNTO
KƏPƏNƏX’
OBASTAN VİKİ
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
ARB Kəpəz
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV"-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Alma şüşəqanad kəpənəyi
Alma şüşəqanad kəpənəyi-(lat. Synanthedon myopaeformis)-buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin şüşəqanad kəpənəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənək qanadları açılan zaman 15–20 mm böyüklükdə olur. ön və dal qanadlar parlaqdır, şüşəni xatırladır. Bədəni tünd mavi rəngdədir. Qarıncığın dördüncü buğumu qırmızıya çalır. Yumurtası ovaldır və uzunluğu 1 mm-ə çatır. Tırtılın bədəni sarımtıl-ağ, yaxud çəhrayı rəngdə olur. uzunluğu 20 mm-ə qədərdir. Pupu sarımtıl qəhvəyi olub, qarıncıq buğumlarının üst tərəfində 2 cərgəli tüklü mahmızlar var. == Həyat tərzi == Hər bir dişi kəpənək 200-250 ə qədər yumurta qoyur.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. == Görünüşü == Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. == İnkişaf == Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. === Yarımnövləri === A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı — bura ölkədə yayılmış bütün gündüz kəpənəklər yayılmışdır.
Ağ Amerika kəpənəyi
Ağ Amerika kəpənəyi (lat. Hyphantria cunea) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Zərərvericinin kəpənəyi ağ rəngdədir. Qanadları açıq halda 40-50 mm-dir. Bığcıqları qaradır. Sanki ağ hissəciklərlə tozlanmışdır. Dişi fərdlər erkəklərdən böyük olur. Erkək fərdlərdə bığcıqlar lələkşəkilli, dişilərdə isə sapşəkillidir. Erkək fərdlərin ön ayaqlarının bud və burma hissələri tünd sarıdır. Erkək fərdlərin qanadları üzərində tünd-qəhvəyi rəngdə nöqtələr vardır.
Ağ kəpənəklər
Ağ kəpənəklər (lat. Pieridae) — pulcuqqanadlılar dəstəsinə aid kəpənək fəsiləsi.
Bolnis Kəpənəkçi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Bolus Kəpənəkçisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Böyük Kəpənək
Böyük Kəpənək, Musaelyan (1935), Basen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir.
Cunqar kəpənəkçiçəyi
Cunqar kəpənəkçiçəyi (lat. Aconitum soongaricum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Forçun kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi (lat. Aconitum karakolicum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. == Toponimi == Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kuznetsov kəpənəkçiçəyi
Kuznetsov kəpənəkçiçəyi (lat. Aconitum kusnezoffii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ == Xarici quruluşu == Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Kəpirabad (Kəleybər)
Kəpirabad (fars. كپيراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.
Kəpənək
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. == Xarici quruluşu == Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Kəpənək (film, 2017)
Kəpənək (ing. Papillon) — Mixail Noerin rejissorluğu ilə çəkilən, 2017-ci il bioqrafik dram filmidir. Kəpənək ilk dəfə 2017-ci il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində 9 Sentyabr 2017-ci ildə nümayiş edilib. == Çəkilişlər == Kəpənək, Monteneqro, Malta və əsasən, Belqradda, Serbiya da daxil olmaqla müxtəlif yerlərdə çəkilmişdir.
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Kəpənək effekti (film, 2004)
Kəpənək effekti (ing. The Butterfly Effect) — 2004-cü ildə ABŞ-də çəkilmiş filmdir. Baş rollarını Eşton Kutçer, Emi Smart, Erik Stolts bölüşdürür. == Məzmun == Filmin baş qəhrəmanı hesab edilən Evan əqli problemləri olan bir uşaqdır, pis hadisələr yaşamışdır amma əqli problemlərinə görə bu yaşadıqlarını tam olaraq xatırlaya bilmir. İllər sonra Evan Treborn artıq bir hafizə problemi olmayan normal bir gənc olur. Bir gün uşaqlıqda tutduğu gündəliyini təsadüfən tapır və oxuyur, zamanda səyahət edərək uşaqlığının xatırlaya bilmədyi qaranlıq qisimlərinə dönür. Uşaqlığına səyahəy zamanı, həmin anda baş verən hadisələrə müdaxiləsi hazırda yaşadığı zamandakı həyatına böyük təsir göstərir və hər dəfə geri dönərkən yaxınlarından kiminsə zərər gördüyünə şahid olur və yenidən zamanda səyahət edərək, keçmişə qayıdaraq ətrafındakıların normal bir həyat yaşması üçün mübarizə aparır... == Xarici keçidlər == Kəpənək effekti — Internet Movie Database saytında.