Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ
Kələm kəpənəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kələm kəpənəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.[2]
Müxtəlif alimlərin məlumatına əsasən, yayıldığı zonadan asılı olaraq hər ildə birdən beşə qədər nəsil verir. Kələm kəpənəyi Kola yarımadasında 1, Rusiyada 2, Gürcüstanda 3-4, Azərbaycanda isə ildə 4 nəsil verir. Kələm kəpənəyi pup mərhələsində baş və toxumluq kələm sahələrində qışlayır. Pupun inkişafı və puplardan kəpənəklərin uçuşu hava şəraiti ilə bilavasitə əlaqədardır. Puplardan kəpənəklərin uçuşu mart ayının üçüncü ongünlüyünün sonuna və bəzən isə aprel ayının ilk günlərinə təsadüf edir. Puplardan kəpənəklərin kütləvi uçuşu aprel ayının yarısından başlayır və may ayının birinci ongünlüyünə qədər davam edir. Kəpənəklər yumurta qoymağa aprel ayının ikinci ongünlüyündən sonra başlayır. Dişi fərdlər bir qayda olaraq yumurtanı topa halda qoyurlar, nadir halda tək-tək qoyurlar. Bir dişi fərd 250-300-ə qədər yumurta qoya bilir. Birinci nəslin dişilərinin kütləvi yumurta qoyması aprelin üçüncü ongünlüyündən may ayının I ongünlüyünün sonuna qədər davam edir. Yumurtanın inkişafı 3-5 gün davam edir. Yumurtadan çıxan tırtılların inkişafı aprelin üçüncü ongünlüyündə müşahidə edilmişdir. Tırtılların inkişafı iyun ayının birinci ongünlüyündə başa çatır. Tırtılların puplaşması may ayının ikinci ongünlüyündən başlayır, iyun ayının birinci ongünlüyünün sonunda başa çatır. Birinci nəslin inkişafı 54-60 gün çəkir. İkinci nəslin inkişafı 38-40 gün çəkir. Üçüncü nəslin inkişaf müddəti 40-42 gün çəkir. Dördüncü nəsildən əmələ gələn puplardan kəpənək uçmur və puplar qışlayırlar. Əsasən, kələmi və b. xaççiçəkliləri zədələyir. Pupları torpaqda qışlayır. Kəpənəklər martın axırında çıxıb, yarpaqların altına 250—-300 yumurta qoyur. Tırtıllar yarpaqları yeyərək təsərrüfata zərər vurur.[3]
Kələm ağ kəpənəyi sinantrop növdür. Avropa (Ucqar şimal-şərqdən başqa), Asiya (Qafqaz, həmçinin Azərbaycan, Orta və Ön Asiya) və Şimali Afrikada yayılmışdır. Kələm kəpənəyi bütün MDB ölkələrində, Zaqafqaziyanın bütün respublikalarında geniş yayılmışdır. Kələm kəpənəyi bütün Avropa ölkələrində, Ön, Orta və Mərkəzi Asiyada, Şimali Hindistan və Çində müşahidə edilmişdir. Azərbaycanda Quba-Xaçmaz bölgəsində kələm zərəvericiləri içərisində kələm ağkəpənəyi ən geniş yayılmış növlərdən biridir. Bu zərərverici elmdə müxtəlif adlarla- ağ kəpənək, kələm qurdu, böyük ağ kəpənək və s. adlandırılmışdır.[4]
Alağı məhv etmək, bitkilərə entobakterin mikrobioloji preparatı və insektisidlər çiləmək.